STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Elmir Mehdiyev

Kapital Bank: IT mütəxəssis

İstiqamət üzrə məzun:

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?

Hal-hazırda Şəbəkə və Kibertəhlükəsizlik üzrə təhsil aliram və sonuncu kursdayam.

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Təhsil öncəsi müxtəlif işlərdə işləyirdim.Orta təhsilimi bitirdikdən sonra kafedə ofisant işləməyə başladım.Sonra Hərbi xidmətə getdim.Qayıtdıqdan sonra isə fəhlə olaraq işləyərək Step İT Academy də təhsilimə başladım.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz?

Cisco və Palo Altonun  müxtəlif tədris sertifikatlarını əldə etmişəm və kursdan kənar bir çox sertifikatlarım var.Təhsil müddətində bir nəçə yerdən iş təklifi olub sadəcə mən razı olmamışam.Həmçinin təhsil müddətində Kapital Bankda İT təcrübə programına qatılmışam və işləyirəm.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

İlk gəlirim təxminən təhsilə başlayandan 7 ay sonra ,qrup yoldaşım Pərviz ilə birlikdə olub. Onunla bəzi şirkətlərdə işlərimiz olub həm hardware tərəfdən, həmdə software tərəfdən.

Belə bir hal olub ki  Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Bəli çox olub.Təhsilə  başlayanda İT biliyim demək olsun 0 idi. Narahat idim ki mən bunun öhdəsindən gələ biləcəm ya yox. Hətta elə zamanlar olurdu ki təhsilimi davam eləmək istəmirdim amma əzmkarlıq və hədəflərim buna icəzə vermədi. Hal hazırda isə kursu bitirmişəm və diplom işini hazırlayıram. Keçmişdə olan çətinliklərım yadıma düşdük də isə sadəcə gülümsəyirəm )

Peşənizdə istedad  vacibdir? Yoxsa əzimkarlıq?

Məncə əzmkarliq daha önəmlidi. İstedad da bir əzmkarlığın nümunəsidir. Əziyyət çəksən hədəflərinə çata bilərsən və bunun qarşılığında isə sahəndə daha istedadlı ola bilərsən.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Hal hazırda Kapital Bank da İT mütəxəssis olaraq işləyirəm.

Step IT həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Əlbəttə dəyişib. İndiki zamana qədər olan uğurlarım və indən sonra olacaq uğurlarımda Step İT Academy  və müəllimlərinin çox payı var)

Niyə məhz Step IT Academy?

Hərbiyə getməmişdən qabaq Google da search edirdim kursları. Qarşıma Step İT Academy çıxdı maraqlandım digərlərindən çox fərqli idi.Hərbidən qayıtdıqdan sonra Step İT Academy də təhsil almağa başladım,ilk zamanlar da digər kurslardan fərqli idi indidə fərqlidir ümid edirəm ki,həmişə fərqli olacaq.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Əgər İT sahəsinə bir azda olsa həvəsləri varsa özlərini bu yolda görürlərə, bu yolda Step İT Academy ilə addımlamağı seçsinlər.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti