STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Dadaşova Nərminə

Pyramid Group:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Salam, mən Dadaşova Nərminə. Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitinə (UNEC), Maliyyə fakultəsinə daxil oldum. Lakin uşaqlıqdan həmişə rəsm çəkməyə meylli olduğum üçün eyni zamanda STEP IT Academy-də Kompüter Qrafikası və Dizayn üzrə təhsil almağa qərar verdim. Akademiyada təhsil almaqdan əvvəl özümü bank sektorunda sınadım. Yaxşı təcrübə idi, amma yaradıcılıq sahəsində işləmək istədiyimi tez başa düşdüm.

 

STEP IT Academy-dəki təhsilimin başlanğıcında maraqlı müsabiqələr keçirilirdi və mən “Step T-Shirt” müsabiqəsinin qalibi olmudum.  Mən çox xoşbəxt idim ki Akademiyanın tələbələri mənim işlədiyim dizaynlı T-Shirt geyinirdilər.

 

Akademiyada  öz sahəmdə peşakar olmağıma imkan verən yeni və faydalı bacarıqlara yiyələndim.  Artıq ikinci semestrı bitirdikdən sonra böyük layihələrdə iştirak etdiyim Adzone şirkətində işə başladım.

Dərslərin öhdəsinən asanlıqla gəlirdim və artıq ikinci semestrdə STEP IT Academy-də əldə etdiyim bütün bilikləri praktik olaraq tətbiq etmək üçün misilsiz bir şansım əldə etdim. @dadaartie Instagram səhifəmi açdım və sifarişlə qrafik portretlər çəkməyə başladım.

 

Düşünürəm ki hər dizaynerin həyatında elə məqamlar olur ki ruh düşkünlüyünü yaşayır və vaxt aşırı mənim də ruhdan düşdüyüm anlar olub. Belə hallarda məni narahat edən hər şeyi qeydedirəm, beləliklə problemin nə olduğunu, niyə istəyimin olmadığını başa düşməyə çalışıram və sonra yenidən güc yığıb işimi bitirirəm. İşlərimi bitirdikdən sonra isə bir neçə gün istirahət edirəm və noutbookuma belə toxunmuram :)

 

Hal hazırda proqressiv marketing agentliyi olan, Pyramid Group da  Baş Dizayner kimi çalışıram.

 

Şirkət 2020-ci ildə qurulub və komandası gənc marketinq və incəsənət həvəskarlarından ibarətdir. Pyramid Group gənc bir şirkət olsa da, sürətlə böyüyür. Azərbaycan bazarında yaradıcı və yenilikçi marketinq həlləri və tədbirlər təqdim etməyə çalışırıq. Əminəm ki, yaxın gələcəkdə şirkətimiz bütün ölkədəki fəaliyyətləri ilə geniş tanınacaqdır.

 

Xəyalımı reallaşdırmaq üçün yaratdığı imkana görə STEP IT Academy-yə dərin minnətdarlığımı bildirirəm. Peşəkar bacarıqlara yiyələnməklə yanaşı, təhsil aldığım müddətdə müsbət emosiyalar aldım  və daha da irəliləmək arzusuna düşdüm.

 

Tələbələrə həmişə müəllimləri və daha təcrübəli tələbələri dinləmələrini tövsiyə edirəm. STEP IT Academy-də bütün müəllimlər çox yaxşıdır, hər bir tələbəyə fərdi yanaşma tapırlar. 

 

Heç vaxt təslim olmayın və ən əsası özünüzə inanın!

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti