Bakı, Koroğlu Rəhimov, 70

Yeni T-shirt dizayn müsabiqəsi!

Əziz tələbələr! Tələbələrimiz Sura Rzayeva və Nərminə Dadaşova tərəfindən hazırlanmış və inanılmaz uğur qazanmış t-shirtlərin üçüncü dalğası da artıq sona çatdı. Bu dizaynlar nəyinki Bakı filialında, həmçinin dünyada çoxsaylı filiallarda məşhurlaşmışdırlar.  Ukraynada, Belarusda, Rusiyada, Gürcüstanda, ABŞ, Polşa və Braziliyada təhsil alan tələbələr fəxrlə Bakıdaki STEP-in hazırladığı t-shirtləri geyinirlər!

MyStat Marketi yeniləmək və yenidən dünyada yeni dəb salmağın zamanıdır! Biz orijinal STEP IT Academy Baku printlərin dizaynı üçün ikinci müsabiqəni açıq elan edirik!

Tapşırıq çox sadədir:

  • Akademiyanın t-shirti üçün maraqlı dizayn hazırla
  • Dizayn Akademiyanın logosunun yenidən düşünülmüş, maraqlı şəkildə dəyişilmiş versiyası olmalıdır. Logonu bu linkdən yükləyə bilərsiniz.
  • Mockup və masterfayldan ibarət olan işi [email protected] ünvanına göndər
  • Bir tələbə istənilən sayda iş göndərə bilər
  • İşlərin son qəbul tarixi 14 Aprel 2019

Mükafatlar:

Müsabiqənin qalibi Akademiyadan super Qrafik Tablet və onun dizaynında köynək geyinən yüzlərlə xoşbəxt gənc qazanacaq!

Müsabiqənin bütün iştirakçıları kristallarla mükafatlandırılacaq! 🙂 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun