Bakı, Koroğlu Rəhimov, 70

“Yay tətlini necə keçirdim” YouTube müsabiqəsi

Əziz Kiçik Kompüter Akademiyamızın tələbələri və gələcək mütəxəssislər!

Keçirdiyimiz müsabiqələrdə iştirak etmək həvəsinizi görüb, başa düşdük ki müsabiqələri yalnız böyüklər üçün keçirməyimiz düzgün deyil.

Söz veririk ki bu hal daha təkrarlanmayacaq. Ona görə bu müsabiqə sizin və yalnız sizin üçündür”

Tədris ilinin əvvəlində məktəblərdə hamınıza “Yay tətilini necə keçirdim” mövzusunda inşa yazmağı tapşırırlar. Bu mövzu bizə də çox maraqlıdır, amma bizim Akademiyanın müsabiqəsində iştirak üçün inşa yazmaq yox video çəkmək lazımdır! Və biz sizin yazmaq qabiliyyətinizi deyil, kreativliyinizi qiymətləndirəcəyik!

Nə etmək lazımdır:

  • Yay tətilinizi necə keçirdiyiniz haqda ssenari düşünün
  • Ssenari üzrə videoçarx çəkin
  • Videonu öz YouTube kanalınıza yürkləyin (kanalınız yoxdursa, kanal açın)
  • Videonun linkini bu mail ünvanlarına göndərin [email protected]; [email protected]

Tələblər:

  • Videonun davamlılığı 1 dəqiqədən artıq olmamalıdır
  • Videonu təhvil vermək üçün son tarix – 10.2017
  • Təqdimat və mükafatlandırma – 10.2017

3 qalib yer olacaq, bütün iştirakçılar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaq

  • 1-ci yer: 250 kristall
  • 2-ci yer: 130 kristall
  • 3-ci yer: 110 kristall

İştirak üçün – 60 kristall

Hamınızın aktiv iştirakını gözləyirik!

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun