Bakı, Koroğlu Rəhimov, 70

Yaradıcı insanlar üçün sayt portfolio necə olmalıdır?

Biz elə bir dövrdə yaşayırıq ki, şəxsi brendin əhəmiyyəti çoxdur. Yaradıcı işdə brendin yaradılmasında müştərilərin adekvatlığından başlayıb, son gəlirə kimi olan uğurdan və ya uğursuzluqdan çox şey asılıdır.  Şəxsi brendin yaradılması və onun dəstəyi üçün portfolionun önəmi çox böyükdür. Bundan başqa, gənc mütəxəssislər üçün gələcək uğurun təməli sadəcə və sadəcə portfoliodan aslıdır.

Bugünkü gün sayt portfolio yaradılması üçün Ucraft  servis konstruktordan geniş şəkildə istifadə olunur. Biz sonra bunu daha ətraflı müzakirə edəcəyik, indi isə yaxşı bir portfelin necə olması mövzusunda dayanaq.

Hər şeydən əvvəl, hər hansı digər “iş” layihəsi kimi, portfelin xüsusi məqsədi olmalıdır. Məsələn, iş görüşmələrində potensial işəgötürənləri və ya müştəriləri göstərmək, axtarış və reklamdan yeni müştərilər əldə etmək, müəyyən bir sosial şəbəkədə şəxsi markanı təbliğ etmək və digər məqsədlər üçün portfoliodan istifadə edilə bilər.

Portfolionun hər bir vəziyyət üçün xüsusi və optimal variantı mövcuddur. Ancaq burda əsas məsələ burasındadır ki, əgər siz “niyə” sualının cavanını əsaslandıra biləcək və dəqiq ifadə edəcək səviyyəyə qədər peşəkarcasına inkişaf etmisinizsə, o zaman demək ki, siz özünüzdə ən optimal qərarları seçə bilərsiniz.

Bugün portfolio müxtəlif yaradı peşə sahiblərinə yeni başlayan dizaynerlərə və rəssamlara, animator və fotoqraflara lazımdır. Əsasən onların müştərinin razı qalmış olduğu hansı isə uğurlu işləri olmuş olur. Böyük perspektivləri var, çünki hələ ki, diqqətin nəyə yönləndiriləcəyi və sifarişlərin sayını və ya bir müştəridən gələn gəliri artırmağı yolları aydın deyil.

Belə bir işçinin portfoliosu ona yeni sifarişlər gətirəcə bilərmi? Düzgün yerləşdirilməsi zamanı – bəli, yəqin ki, gətirəcək. Lakin bu cür sifarişlərin və buna müvafiq olaraq şəxsi portfolionun yaradılması üçün qoyulan sərmayənin həcmi barədə birmənalı qərar vermək tezdir. Aydındır ki, indi iri miqyasda heç nə planlaşdırılmamalıdır. Maksimum perspektivlə, minimum xərclə portfolionun yerləşdirilməsi üçün yol axtarmaq lazımdır. Sizin portfolionuzun aktual vəziyyətdə qalması üçün böyük miqdar maliyyə sərf edilməsə daha yaxşı olar.   Ancaq hər bir halda, yaradıcılıqla məşğul olan insanın düşüncələrinin dərinliyini həmçinin çox istiqamətli fantaziyasını və detallara olan sevgisini  göstərən gözəl portfoliosu olmalıdır. Cv-də təhsili və iş təcrübəsini bildirmək vacibdir.

Portfolionu harda yerləşdirək?

Bugünkü gün portfolionu yerləşdirmək üçün olan resurlar çoxdur – bunlar sosial şəbəkələr və ixtisaslaşdırılmış saytlardır. Sosial şəbəkələr əslində mükəmməl qərar kimi görünür – çünki çox vaxt funksional mobil tətbiqlərinə malik bir xidmət vasitəsilə müştərilərlə ünsiyyət qurmaq həmçinin onlara öz işlərini nümayiş etdirmək mümkündür.  Digər tərəfdən yadda saxlamaq lazımdır ki, sosial şəbəkələrin sizə təqdim etdiyi alətləri sayt konstruktorunun ən adi imkanları ilə müqayisə oluna bilməz.  Ümumilikdə sosial şəbəkələrin portfolio yerləşdirilməsi üzrə öz qanun və  xüsusiyyətləri mövcuddur ki, onlar heç də rəqib deyil, şəxsi sayta əlavədirlər. 

Bugünkü gün portfolionun yerləşdirilməsində fotoqraf, dizayner, yazıçı və musiqiçilər üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış xidmətlər məşhurdur.  Bu xidmətlərin müsbət cəhəti odur ki, onlar çox vaxt sifariş birjası ilə birləşirlər. 

Mənfi cəhətlər arasında bu da var ki, hər kəs perspektivi çox da bəlli olmayan konkret xidmətlə əlaqə qurmaq istəmir. Bugünkü gün o çox məşhur ola bilər ancaq sabah bu resurs kiməsə satıla bilər, bununla da inkişaf konsepsiyası dəyişə bilər, lazımi funksiyalar pullu olar və ya xidmət tamamilə inkişafı dayandırar. O zaman da portfolionu başqa yerə keçirmək məcburiyyəti yaranar.

Nəzərə almaq lazımdır ki, bu cür saytların auditoriyası da istənilən kimi olmur. Bu resursların PR-ı ilk növbədə potensial müştərilər arasında deyil, hədəf auditoriya içərisindədir. Nəticə olaraq siz müştəri əldə etmiş olmursunuz. Sadəcə olaraq səhifəniz daimi olaraq maraqlı ideyalar əldə edərək və bununla yanaşı hər şeyi tənqid edən həmkarlarınız tərəfindən ziyarət edilir. Burada da başqasının tənqidinə əsasən portfelin dəyişdirilməsindən çəkinmək çətindir, yəni bazarın real ehtiyaclarından təcrid vəziyyətində inkişaf edəcəksiniz. Əgər siz yaradıcılıq işlərinizi satmağı planlaşdırırsınızsa, bu yolu seçmək lazım deyil.

Bugün şəxsi internet səhifənin yaradılması daha məşhur variantdır. Əlverişli funksionallıq və işinizi nümayiş etdirmək imkanları baxımından bu ən yaxşı variantdır, özünüz üçün hər hansı bir qalereya yaradıb və bütün lazımi parametrləri düzgün konfiqurasiya edə bilərsiniz.  Nə auditoriya məhdudiyyəti, nə hansısa yad fikirlərdən asılılıq nə də internet şəbəkəsində hansısa təşviqə bir məhdudiyyət olmayacaq.

Sirr deyil ki, bəzi insanları öz resursunu sıfırdan qurmaqla öhdəsindən gəlməli olduğu  çətinliklər qorxudur. Ancaq sayt konstruktorları bu işdə kömək edirlər.  Müəyyən mənada bu da bir az kənar xidmətdir, ancaq bazarda eyni imkanlar aşağı qiymətə olduğu zaman konstruktor saytların auditoriyası da fərqlidir. Vacib məqam da odur ki, məhz şəxsi sayt yaxşı domen adını əldə etməyə və qoşmağa imkan verəcək. Yalnız ilk müştəri xətrinə ad almaq məntiqli deyil, lakin ad gələcəkdə şəxsi markanızın mühüm elementi olacaqdır.

Çox sayda konstruktor saytlar da şəxsi domen adını yaratmağa imkan verir ancaq onlar sadəcə olaraq müxtəlif şərtlərlə qoşurlar.  Eləsi var ki, domen adı (əslində, ayrıca ödəmə ilə əldə olunan domen ad əvvəlki bənddə göstərilən portfolio üçün bir neçə platformaları da qoşmağa imkan verir) üçün əlavə ödəmə tələb edir . Ancaq ümumi olaraq portfolionun yerləşdirilməsi üçün optimal variant məhz kifayət qədər əlçatan və funksional olan, ancaq bununla yanaşı çox baha olmayan və funksiyalarla çox yüklənməyən konstruktor saytlardır.

The web design portfolio of Denise Chandler

Müxtəlif istiqamətlərdə olan işlərin bölünmələri, ayrı-ayrı portfoliolarda nəşr edilməsi tövsiyə olunur. Bu, potensial işəgötürənlərə onları maraqlandıran müəyyən tapşırıq çərçivəsində olan işləri nümayiş etdirmə imkanı verəcəkdir. Bu halda digər işlərə də keçid linkləri vermək olar.

Nümunə olaraq, dizayner, fotoqraf və digər yaradıcılıq sahəsində olan işçilərə yönəlik olan Ucraft rahat sayt qurucusunu göstərmək olar. Ucraft hər bir səhifəsi ardıcıllıqla, bir-birinin altında yerləşən bloklardan ibarət çoxsəhifəli internet məkanı yaratmağa imkan verir.  Blokların tənzimlənməsi sadədir, sahələri, effektləri, rəngləri və yazıları idarə etmək mümkündür. Bütün dəyişikliklər avtomatik olaraq sayta baxmaq üçün istifadə olunan cihazın ekran ölçüsünə uyğunlaşır, portfolionun mobil versiyası da avtomatik rejimdə olur. 

Portfolio hazırlanması üzrə məsləhətlər

Kadrlar hesab edirlər ki, porfolio sadəcə şəkil yığını deyil. Hər bir yaradıcı tapşırıq üçün biznesin qoyduğu müəyyən şərtlər və məhdudiyyətlər var (bu vaxt, pul bəzən müəyyən bir üsluba uyğunlaşdırma), ona görə də portfolioda olan iş tapşırığın şərtləri ilə birgə təqdim edilməlidir ki, iş verənlər nəyə görə müəllifin konkret qərar seçdiyini anlasın.  

Portfolioda müştərilən rəylərinin olması da müsbət cəhətdir. Öz əlaqə nömrələrinizi, ən optimal variant olan e-mail ünvanınızı və ya sosial şəbəkəyə olan keçid linki yerləşdirməyiniz də çox yaxşı olardı. Portfolio üçün elə işlər semək tövsiyə olunur ki, gələcəyə olan cəhdlərlə uyğunlaşsın, bazarın maraqlı olan seqmentindən sizə işlə bağlı təklif gəlsin.

 Step IT Academy-də siz Kompüter qrafikası və Dizayn ixtisasını öyrənə bilərsiniz. Təlim boyunca isə siz bizim mütəxəssislərin –müəllimlərin köməyinə güvənərək – şəxsi düzgün portfolionuzu yarada bilərsiniz.   

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun