Bakı, Koroğlu Rəhimov, 70

“Web layihələrinin yaradılması və dizaynı” ixtisası üzrə ilk çağırışın tələbələri diplom işlərini müdafiə etdi

20 İyun tarixində STEP IT Academy-də “Web layihələrinin yaradılması və dizaynı” ixtisası üzrə ilk çağırışın tələbələri diplom işlərini müdafiə etdi.
Tələbələr diplom layihələrini müəllimlərə və akademiyanın rəhbərliyinə təqdim etdilər. Qeyd etmək lazımdır ki müdafiə zamanı, Akademiyanın memorandum imzaladığı real şirkətlərin təmsilçiləri də işləri dinləyib, sonradan bir neçə tələbəyə iş təklifi etmişdirlər. 
Xatırladaq kik ursun ilk tələbələri 9 saylı Bakı sənaye və innovasiya liseyinin tələbələri idi. Onlar həm sənaye və innovasiya liseyinin həm STEP IT Academy-nin diplomunu əldə edəcəklər. 

Bu xüsusi “Web layihələrinin yaradılması və dizaynı” proqramı çərçivəsində bir il ərzində ödənişsiz təhsil almış məzunlar  yerli və beynəlxalq bazarların standartlara cavab verən mütəxəssis olmaq imkanı qazandılar. Təlim proqramı dövlət kurikulumun tələblərinə cavab verir və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiqlənib
Xatırladaq ki, STEP IT Academy üç əsas xüsusiyyətləri təmin edir:
1) Kompüter qrafikası və dizayn.
2) Proqramlaşdırma.
3) Şəbəkələr və  kibertəhlükəsizlik mütəxəssisi.

Kompüter akademiyasında təhsil proqramı 2,5 ilə bərabərdir. Təhsil başa çatdıqdan sonra, tələbələr tərəfdaş şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını və Akademiyanın diplomunu əldə edirlər. 
15-dən 55 yaşadək hamı STEP IT Academy-də təhsil ala bilər. Bundan əlavə, STEP IT Akademiyasının çərçivəsində 9-14 yaş arası uşaqlar üçün Kiçik Kompüter Akademiyası fəaliyyət göstərir.

STEP IT Academy-nin Avropa, Asiya, Cənubi Amerika və ABŞ-ın 18 ölkəsində 66 filialı var. Academiya məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə çalışırlar. 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun