Bakı, Koroğlu Rəhimov, 70

«Veb layihələrin yaradılması və dizaynı» kursu
+100% praktiki məşğələlər

Yazılmaq

Saytların yaradılması və irəlilədilməsi dövrümüzdə ən çox ehtiyac duyulan xidmətlərdən biridir. “İnternetiniz yoxdursa, demək, siz də yoxsunuz” deyiminə əsaslanan şirkət və şəxslər qlobal şəbəkədə təmsil olunmaq arzusundadırlar. Elə bu səbəbdən də veb-proqramçınin işi həmişə olacaq, özüdə yüksək məvacibli (ayda təxminən 1500 manat).

“Veb-layihələrin hazırlanması və irəlilədilməsi” adlı kursumuz cəmi bir ilə sizə bu sahədə mütəxəssis olmağa imkan verəcək. Nəticədə siz keyfiyyətli trafikə (müştərilər, sifarişlər) malik və axtarış sistemlərində birincilər sırasında olan mükəmməl sayt yarada bilən hərtərəfli mütəxəssis ola biləcəksiniz.

Siz PHP və JavaScript kimi veb-proqramlaşdırma dillərini mənimsəyəcək, MySQL məlumatlar bazaları və Apache veb-serverləri ilə iş aparmağı öyrənəcəksiniz. Təbii ki, istənilən sayt nəinki sabit sürətdə işləməli, o həm də cazibədar interfeysə malik olmalıdır. Məhz bu səbəbdən də biz veb-dizayn üzərində dayanacağıq.

Kursu bitirdikdən sonra siz həm veb-proqramlaşdırma alət və texnologiyaları haqda dərin biliklərə malik olacaq, həm də sayt yaradılmasının əvvəldən axıradək bütün mərhələlərini öyrənəcəksiniz.

VEB LAYIHƏLƏRİN HAZIRLANMASINI NƏYƏ GÖRƏ ÖYRƏNMƏYƏ DƏYƏR

Front end tərtibatçılarının yüksək əmək haqqı - Junior Frontend Tərtibatçılarının əmək haqqı aylıq 600$ başlayır və təcrübədən asılı olaraq 3500$-a qədər yüksələ bilər!

Perspektivli peşə - dünyada IT sahəsinin yüksəlişi həndəsi silsilə ilə irəliləyir. Sahə hər zaman küllü miqdarda təcrübəli mütəxəssislərə ehtiyac duyur.

IT şirkətlərində unikal iş şəraiti - müasir ofis, rahat iş yeri, ingilis dili kursları, təhsil, treninglər, idman zalı, tibbi siğorta. Ofislərdə isə hər zaman oyun və istirahət otaqları var.

Dünyanın istənilən nöqtəsində işləmək imkanı – IT bazarı bütün dünyanı əhatə edir. Siz ölkənizin outsource şirkətlərində çalışa, bununla dünyanın istənilən nöqtəsindən gələn sifarişləri yerinə yetirə, yada ki dünyanın istənilən nöqtəsindən özünüzə uyğun qrafiklə işləyə bilərsiniz.

Qarantiyalı işə düzəlmək imkanı – IT sahəsi, yeganə sahədir ki vakansiyaların sayı mütəxəssislərin sayından çoxdur. Aparıcı vakansiya saytlarının verdiyi məlumata görə bir tərtibatçıya 5 açıq vakansiya düşür.

KURSUN PROQRAMI

  • Veb-dizayn. Sayt dizaynı. İstifadəçi rahatlığı (Usability)
  • Şablonların tərtibatı (HTML5 + CSS 3)
  • Layihələndirmə: layihələrin yaradılması və idarə olunması (PHP + MYSQL)
    • PHP
    • DMBS MySQL
    • Framework istifadəsi
  • JAVA Script и jQuery kitabxanası
  • Saytın məzmunun idarə edilməsi (Content Management Systems)
  • Cloud-servislər, domen və hosting
  • Sayta faydalı servislərin qoşulması
  • SEO, SMO, saytların irəlilədilməsi
  • Real sifariş misalında sayt üzərində kollektiv iş

KURSUN MƏZUNLARININ İŞLƏDİYİ
ŞİRKƏTLƏR

Nəticələr

Kursu bitirdikdə nələri öyrənəcəksiniz:

  • Veb səhifələri HTML5/CCS3 + JavaScript texnologiyaları vasitəsi ilə tərtib etməyi
  • CMS vasitəsi ilə sayt və portallar yaratmağı
  • CMS üçün theme yaratmağı
  • Saytı intetnetdə yerləşdirməyi
  • Saytın düzgün işləməsi üçün veb serverin əsas sazlanmasını həyata keçirməyi
  • PHP/MySQL vasitəsi ilə veb layihələndirmə ilə məşqul olmağı
  • PHP/MySQL vasitəsi ilə veb tənzimləmək
  • Saytın axtarış sistemlərində irəlilədilməsi və SEO prinsiplərini istifadə etməyi
  • Layihələrin promotion etmək üçün SEO-dan düzgün istifadə etməyi
  • JavaScript proqramlaşdırma dili və jQuery kitabxanasından istifadə edərək proqramlaşdırmağı

NİYƏ TƏLƏBƏLƏR STEP KOMPÜTER AKADEMİYASINI
SEÇİRLƏR?

Müasir və aktual təhsil proqramı

Təhsil proqramı bazarın tələbatı əsasında hazırlanıb və bazarda gedən proseslərə görə mütəmadi olaraq yenilənir.Əlavə heç bir fənn yoxdur. Siz ancaq uğurlu iş üçün lazım olan məlumatlar öyrənəcəksiniz.

Peşəkarlar öyrədir

STEP Kompüter Akademiyasında sertifikasiyadan keçmiş, İT sahədə çalışmaqda olan müəllimlər işləyir – məqsədimiz sizə onların bilik və bacarıqlarını ötürməkdir.Onların biliklərinin yüksək səviyyədə qalması və pedaqoji bacarıqlarının lazımi səviyyədə saxlanılması üçün, mütəmadi olaraq müəllimlər üçün seminarlar, praktiki məşğələlər, treninqlər keçirilir.

Rahat dərs qrafiki

Sizə rahat olan cədvəli özünüz yaradın( səhər,günorta,axşam, iş günləri və ya istirahət günləri) STEP Kompüter Akademiyasında təhsili aldığnız müddətdə, siz digər təhsil müəssisəsində də təhsil ala bilərsiniz. Hətta işləyərək də təhsil ala bilərsiniz.

Unikal tədris – metodik materialları

Bizim tədris proqramının analoqu yoxdur. Müəllif metodikası, elektron dərsliklər, tədris planları, tədris prosesində real layihələr. Bütün bunlar bizim tələbələrin yüksək biliklərə malik olmalarına zəmin yaradır.

100% praktiki məşğələlər

Tədris prosesi praktiki məşğələlər üzərində qurulub

Alternativin olmaması

Peşəkar müəllimlər, aktual proqram, ... bu və digər amillər STEP IT Kömpüter Akademiyasını digər tədris müəssələrindən fərqləndirir.

Yaş15-dən 55 yaşadək
Dərs
cədvəli
Həftəiçi və ya həftəsonu günlər iki dəfə iki dərs saatı
Qiymət250 AZN/ay
1200 AZN/semestr
2200 AZN/il
Müddət:
1 il

QEYDIYYAT

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun