Bakı, Koroğlu Rəhimov, 70

Uşaqları kompüter kursuna yazdırmağa ehtiyac varmı?

Uşaqlar üçün müasir kompüter kursu insan həyatında getdikcə daha çox yer alan informasiya texnologiyaları haqda əsas biliklərini erkən yaşlarında qazanılması imkanıdır. Kompüterdən istifadəni neçə yaşında öyrəndiyinizi və bunun yaxşı olub-olmasını xatırlayın. Məgər bütün bunları beş yaşında olarkən bilsəydiniz pis olardı? Sizdə olmayanları uşaqlarınıza verin!

STEP İT Akademiyası uşaqlar üçün unikal bir kompüter tədris sistemi hazırlamışdır. 9-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş Kiçik Kompüter Akademiyasında biz “proqramlaşdırma”, “dizayn və kompüter qrafikası” və “şəbəkə texnologiyaları” kimi əsas İT ixtisasları üzrə nəzəri və praktiki biliklər veririk.

Kompüter təhsili uşağın nəyinə gərəkdir?

Kimsə öz kompüter biliklərinin övladına öyrədilməsini kifayət etdiyini deyər. Lakin siz peşəkar müəllim deyilsinizsə və ya işiniz kompüterlə bağlı deyilsə, övladınıza nə verə bilərsiniz? Klaviatura və siçandan istifadə etməyi o tez bir zamanda öyrənəcək, bəs sonra?

Uşaq kompüter kursları uşaqlarda peşə vərdişlərinin formalaşmasına gətirmir və çoxlu praktiki biliklər vermir. STEP İT Akademiyası övladınıza həm kompüter bilikləri verəcək, həm də onun İT sahəsində işləmək üçün potensiala malik olub-olmamasını aşkara çıxaracaq.

Demək olar ki, hal-hazırki işlərin böyük əksəriyyəti kompüterlə bağlıdır. Bugünkü işi sabaha saxlamağa dəyərmi?

İstedadlı uşaqları tanıyaq

Övladınızın yaradıcı təbiətli olduğunu hiss edirsiniz? Bəlkə o, daha çox təhlilə və saatlarla düşüncələrə dalıb nəsə düzəltməyə meyllidir?  Ona öz istedadını üzə çıxarmaq imkanını verin! STEP İT Akademiyasındakı təhsil övladınızın istedadının erkən yaşlarında üzə çıxmasına şərait yaradacaq.

İT sahəsində peşəkar olmaq çox gəlirli işdir. Övladınız bu sahəyə erkən yaşlarından bələd olarsa, onun peşəkar inkişafı başqalarınkından çox tez başlayar!

Məktəbəqədər uşaqlar və ya məktəblilər?

Uşağın təlim kursuna neçə yaşında yazılacağına yalnız valideynlər qərar verir. Lakin yaddan çıxarmayın ki, övladınız nə qədər böyük olarsa, təlimin sürəti də bir o qədər az olar. Bundan əlavə, övladınız böyüdükcə məktəbdə yeni-yeni fənlər əlavə olunur ki, bu da yükün artması deməkdir. Övladınızı kompüter təlim kursuna yazmağın ən uyğun vaxtı onun 4-cü ya 5-ci siniflərdə oxuduğu çağlardır.

Azyaşlılar üçün həm təhsilin, həm də ünsiyyətin çox vacib olduğunu bildiyimizdən, biz təxminən eyni yaşlı uşaqlardan ibarət kiçik qruplar formalaşdırırıq. Təlimin oyun şəklində aparılması zamanı öyrədilən materialın daha yaxşı mənimsənməsi çoxdan sübut olunduğundan, dərslər məhz bu şəkildə keçirilir.

Valideynlərin uzaqgörənliyi öz övladının qisa zamanda dahi olması imkanını yaradır. Övladınız uğurlu gələcəyindən və kompüter peşəkarlarının tələbatının durmadan artacağından əmin ola bilərsiniz.

Övladınızın dahi olmasını istərdinizmi? Onu Kiçik Kompüter Akademiyasına yazdırmağa tələsin!

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun