Bakı, Koroğlu Rəhimov, 70

Uşağı uğurlu gələcək ilə necə təmin etmək lazımdır?

Hər bir valideyn üçün öz övladından daha vacib bir şey yoxdur. Biz lap uşaqlıqdan övladımıza hər şeyin ən yaxşısını verməyə çalışırıq və mahiyyət etibarı ilə, burada pis heç nə yoxdur. Bir çox valideynlərin öz övladlarını ərköyün böyütməsi isə digər mövzudur və ya məhşur bir atalar sözündə deyildiyi kimi – həddən artıq yaxşı olmağı özü də pisdir. Uşağa nəyin fayda nəyin ziyan verəcəyi arasındakı zərif cizgini necə keçməmək lazımdır? Bu məqalədə biz uşaqların tərbiyələndirilməsi üçün əsas tapşırıqları müzakirə edəcəyik.

Tapşırıq #1 – Uşağın düzgün qidalanması

Söhbət bizim hər gün uşağa yedirdiyimiz şirniyyat məmulatlarından, şirin qazlı sulardan, şokoladdan, dondurmadan, peçenyedən və habelə müvafiq şirniyyatlardan gedəcək. Bir çoxlarımız uşaqlıqda arzu edirdik ki,böyüyəndə sərbəst pul qazanacayıq və bütün qzancımızı konfetə, piroqlara, dondurmaya, peçenyeyə, şokoladlara, şirələrə sərf edəcəyik və bütün ömrümüz boyu ancaq şirniyyatlar yeyəcəyik. Həm də təəccüblənirdik ki,niyə böyüklər belə etmir. Əlbətdə ki, sonra böyüdük və anlamağa başladıq ki, şəkərin həddən artıq istifadəsi piylənmə, şəkərli diabet, qan damarlarının tıxanması, iflic və hətta infarkt kimi bir çox xəstəliklərə səbəb olur. Sözsüz ki, heç bir valideyn öz övladına belə gələcək arzulamır.

Bu cür mənfi nəticələrdən yayınmaq və yenə də övladımızın inkişaf etməkdə olan orqanizmini kifayət qədər qlükoza ilə təmin etmək üçün şirin qazlı sular və alınma şirələrin əvəzinə təzə meyvələrdən hazırlanmış şirin kompotlardan və quru meyvələrdən və ya tünd olmayan çaylardan istifadə etmək olar. Yulaf və ya qarabaşaq unundan hazırlanmış peçenyelər seçmək. Şokoladları quru meyvələr və ləpələr ilə əvəz etmək. Uşağı mütləq qıcqırdılmış süd məhsulları, habelə yay fəslində meyvələr və tərəvəzlər ilə qidalandırmaq lazımdır.

Tapşırıq #2 – Uşağın aktiv həyat tərzi

Düzgün qidalanmanı aktiv həyat tərzi ilə birləşdirmək daha yaxşı olardı. Birincisi, bu halda sizin övladınız daim məşğul olacaq və onda mənasız işlərlə məşğul olmağa vaxt qalmayacaq. İkincisi, düzgün qidalanmanın aktiv həyat tərzi ilə uyğunlaşdıraraq, siz öz övladınızı güclü sağlamlıq və davamlılıq kimi fundament ilə təmin edirsiniz.

Öz övladınızın aktiv həyat tərzini təmin etmək üçün, onu travma təhlükəlisi və kontakt tipli idmana yazdırmağınız heç də vacib deyildir. Səhərlər övladınız ilə idman etməniz və ona velosiped, rolik konkiləri, skeyt və ya samokat sürməyi öyrətməyiniz kifayətdir. Halbuki, uşağın idman bölmələrinə yazdırılması da – fiziki və hətta mənəvi və ruhi inkişafı üçün daha effektivdir. Misal üçün, güləş bölməsində oğlanlara və qızlara yalnız fiziki təlimi deyil, eyni zamanda böyüklərə hörməti, subordinasiyanı, habelə bir çox digər mənəvi keyfiyyətləri öyrədilir  ki, bu keyfiyyətlər böyüyən zaman onlara çox lazım olacaq. 

Tapşırıq #3 – Uşağın maarifləndirilməsi

Uşağın təhsilinə yanaşma məsələsi hər bir valideyn üçün xüsusi ilə vacibdir. Orta statistik 30 yaş böyük insan  ilə müqayisədə 9 yaşından başlayaraq 18 yaşına kimi uşaq gün ərzində 20% daha artıq məlumat qəbul etməyə qadirdir. Buna görə də, imkan daxilində uşağa daha faydalı məlumatların ötürülməsi və onun əqli və yaradıcılıq bacarıqlarının inkişafı üçün bu dövrdən maksimum effektiv istifadə etmək lazımdır.

Ola bilsin ki, çoxlarınız düşünürsiniz ki, övladınız məktəbdə çox yorulur, bəs bu həqiqətənmi belədir? Digər tərəfdən yer üzündə ümumiyyətlə kimsə məktəb yaşında olan uşaqlara əqli yükün necə təsir etməsi mövzusunda kifayət qədər geniş həcmli tədqiqatlat aparmışdırmı? Bu suala cavab belədir – bəli.

1994 – cü ildə ABŞ – da, Mayk Feynberq Deyv Levin ilə birlikdə KİPP məktəbinin əsasını qoydular. KİPP sözünün açıqlaması belədir «KnowledgeIsPowerProgram». Hal – hazırda ABŞ – da 50-dən artıq belə məktəb vardır. Bu məktəblərdə əsasən yoxsul ailələrin övladları təhsil alırlar, lakin təəccübləndirici haldır ki, KİPP məzunlarının təxminən 90% – i Ali məktəblərə, 80% isə Kolleclərə qəbul olur.  Bu məktəbin bütün digər üstünlüklərindən başqa, onun təhsil davamiyyətini xüsusi qeyd etməyə dəyər.

Təsisçilər çoxdan diqqət yetiriblər ki, təhsildə geriləyən uşaqlarda yeganə bir problem olur: onlar kifayət qədər oxumurlar. Buna görə də KİPP – də dərslər 07:25 – də başlayır. Saat 07:55 – ə kimi şüurun inkişafı istiqamətində məcburi məşqlər keçirilir. Hər gün ingilis dilinə və riyaziyyata 90 dəqiqə sərf olunur, beşinci siniflər isə istisnalıq təşkil edir, çünki onlar gündə iki saat riyaziyyat fənnini keçirlər. Təbii elmlərə bir saat, sosial elmlərə bir saat, musiqiyə bir saat və bütün bu saatlara əlavə olaraq orkestrdə ifaçılığa on beş dəqiqə ayrılır ki, bu da bütün şagirdlər üçün vacibdir. Dərs günü 07:25 – dən 19:00 – a kimi davam edir.

İndi isə bizim məktəblərə baxaq. Dərs günü burada 08:00 – dan başlayır və dərslər 14:00 – da bitir. Övladımız qalan sərbəst vaxtında nə ilə məşğuldur? Məhz bu məqsədlə də Step İT Akademiyasında Kiçik Kompüter Akademiyası təsis olunmuşdur. Burada dərslər iş günləri 16:30 – da başlayır və 18:00 – da bitir. Uşaqlara proqramlaşdırmanın əsasları, fotoqrafiyanı, qrafikanı, robot texnikasını və bir çox digər sahələr tədris olunur. Biz çox zaman öz tələbələrimizdən eşidirik ki, onlar mətkəbdənsə bizim akademiyada təhsil almağı daha çox bəyənirlər. KİPP məktəbinin nümunəsində biz özümüz əmin olduq ki, gün ərzində uşaqların daha davamlı təhsili onların əsas məktəb fənləri üzrə ümumi müvəfəqqiyyətlərini həqiqətən artırır, təhsil prosesinin özü isə asan və məcburiyyətsiz keçə bilər. Bir qayda olaraq, uşaqlar özləri valideynlərindən onları Akademiyadakı dərslərə tez aparmalarını xahiş edirlər.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun