Bakı, Koroğlu Rəhimov, 70

Unudulmaz yay tətili 2018

Yay tətilinin başlamasına çox az qaldı. Bu da o deməkdir ki, indi övladınızın bu tətili necə faydalı və əyləncəli keçirəcəyini düşünməyin tam zamanıdır. Övladınız bütün boş vaxtını kompüter arxasında oyun oynayaraq mı keçirir? Onun bu marağını faydalı edin!

Övladınız Junior Summer Camp-da unudulmaz təəssüratlar qazanacaq, həmçinin İT sahəsində çoxlu yeni qiymətli biliklər əldə edəcək ki, bu da onların potensialını açmağa kömək edəcək.  Yay Düşərgəsi 10 yaşdan 14 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Biz uşaqlar üçün həddindən artıq maraqlı olan və konkret sahələr olan Robototexnika, Oyun dizaynı (Game design), Hollivud üzrə 4 unikal növbə hazırlamışıq.

Robototexnika

Övladınızın “Transformerlər” filminin yaxşı tərəfini qəbul edərək necə heyranlıqla izlədiyini xatırlayın. Robotexnika üzrə təlimlərdə o, Lego-dan  və ya Arduino əsasında öz xeyirxah  robotunu yaradacaq və onu idarə etməyi bacaracaq!  

Hollivud

Əgər sizin övladınız öz ssenarisini qurmağı xəyal edirsə, o zaman bu arzusunda ona bizdə əldə edəcəyi operator sənətinin bilikləri yardımçı olacaqdır.    Bu istiqamətdə uşaqlar ssenari üzrə film çəkəcək və özlərini aktyor kimi sınayacaqlar. Həmçinin filmi özləri səsləndirib onu dublyaj edəcəklər. Hollivuddakı xüsusi effektlərin necə edildiyini öyrənəcəklər.  Youtube-da öz bloqlarını necə yaradacaqlarını və inkişaf etdirə biləcəklərini öyrənəcəklər. 

Game-dizayn

Düşərgədə uşağını, özünü animator kimi sınaya və  dostları ilə birgə oynaya biləcəyi öz şəxsi oyununu yarada bilər. Bizim müəllimlərimiz uşaqlara animasiyaya mətn, video, səs həmçinin ikiölçülü qrafika əlavə etməyi öyrədəcəklər.  Onlar kompüter yaradıcılığında yeni bir dünya kəşf edəcəklər ki, bu da onların ömrü boyunca ya çox gözəl bir hobbi ya da gələcək peşələri üçün ilk addım ola bilər. 

4 növbənin hər biri bazar ertəsindən cümə gününə saat 10:00 –dan 17:00-a olmaq üzrə iki həftə davam edəcək.

  • Birinci növbə: 18 iyun – 29 iyun
  • İkinci növbə: 2 iyul – 13 iyul
  • Üçüncü növbə: 16 iyul – 27 iyul
  • Dördüncü növbə: 30 iyul – 10 avqust

Dərslərin əksəriyyət hissəsi Akademiyada keçiriləcək. Biz həmçinin İT şirkətləri və profil şirkətlərə edilən ekskursiyaları da nəzərdə tutmuşuq.

Əlbəttə ki, boş mədəyə maraqlı dərslərin təsiri daha az olacaq. Junior Summer Camp-da biz bunu da nəzərə almışıq. Hər gün bizim iştirakçılarımız üçün  dadlı səhər yeməkləri, mükəmməl günorta yeməyi,  qəlyanaltılar, çoxlu şirniyyat, meyvə və şirələr də veriləcək.  

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun