Bakı, Koroğlu Rəhimov, 70

Bu ildən Azərbaycanın bizens layihələri “Qızıl Bayt” çepionatında iştirak edə biləcəklər

74cf930f-6be4-409b-a0a7-db9af9b79eb0

 

Ukraina, Qazaxstan, Estoniya, Belarusiya, Litva və digər ölkələrdən olan 10 000 tələbə “Qızıl Bayt ” beynəlxalq IT çepionatında iştirak edib. Müsabiqədə iştirak edən və dünyanın texnoloji tarixini dəyişdirməyə iddialı olan layihələri IT sahəsinin 230 lideri qiymətləndirirdi. Çempionatının final mərhələsində 20 000$ təşkil edən uduş fondu uğrunda mübarizə üçün cəmi 100 layihə seçilmişdir.

“Qızıl Bayt ” InterSystems, Intel, Dell, Microsoft, Wolf, Logitech, Stearling Studio kimi aparıcı şirkətlərin dəstəyi ilə keçirilir. Müsabiqənin təşkiatçısı isə beynəlxalq STEP Kompüter Akademiyasıdır.

“Qızıl Bayt” IT çempionatı yeni ideyalar və istedadları aşkarlamaq üçün start-up platformasıdır. Müsabiqənin əsas məqsədi gənc mütəxəssislərin yeni biznes layihələrə və innovassiyalara qarşı həvəsinin artırılmasıdır. “Qızıl Bayt” gənc ІТ mütəxəssislərin dünya ІТ peşəkarlarından ekspert rəyi almasını, yeni əlaqələr qurulmasını və ən əsası öz layihələri üçün investisiya cəlb edilməsini təmin edən bir platformadır.

2016-cı ilin ən yaxşı start-up layihəsi isə Lutsk şəhər tələbələrinin agrar sektoru üçün hazırladığı layihə oldu. Layihə məhsul yetişdirilməsində müasir MAGS texnologiyaların istifadəsindən ibarətdir, yeni texnolgiya kompaniyalara məhsulu artırmaq və gəlirlərini artırmağa kömək edəcək.

İştirakçılar öz ideyalarını reallaşdırma və uğrulu karyeraya star vermək imkanı qazandılar. Finalçıların çoxu ən yaxşı IT şirkət və kreativ agentliklərdə təcrübə keçmək üçün dəvət aldılar, ən yaxşı layihələr isə reallaşdırlma üçün grantlar qazandış Bütün bunlar müsabiqəyə böyük dəstək verən beynəlxalq IT şirkətlərin sayəsində mümkün oldu.

Artıq bu il  “Qızıl Bayt” öz qapılarını Azərbaycanlı gənc istedadlar üçün açacaq, və onlar ən yaxşı biznes ideya uğrunda öz həmyaşıdları ilə mübarizəyə qoşula biləcəklər.

“Qızıl Bayt” Çepionatı haqda bütün informasiyanı www.goldenbyte.org saytından ala bilərsiz.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun