Bakı, Koroğlu Rəhimov, 70

Tələbələrlə birlikdə Kino! – Ghost in the Shell

Çox fikirləşirdik ki hansı filmə birlikdə gedə bilərik? Əlbəttə ki bu IT-yə aid bir film olmalı idi. Ona görə birgə kinoya səfər üçün məhz “Ghost in the Shell” filmini seçdik. 

Filmin hadisələri 2029-cu ildə baş verir. Texnologiyalar o qədər çox inkişaf edib ki artıq insan həyatı üçün təhlükə yaratmaq ərəfəsindədir: “beyinin qırılması” deyilən mümkün olub, və bununla bağlı bir sıra digər cinayətlər peydə olunur. Çoxdandır axtarışda olan Kukla ustası ləqəbli haker siyasətə qarışmağa başlayır və belə olan təqdirdə İctimai təhlükəsizlik bürosunun “9-cu Bölməsi”, ən son texnikalar ilə təchiz olunmuş xüsusi polis dəstəsi bu işi araşdırmaq və hakeri dayandırmaq əmrini alırlar. 

Seans Mart ayının 31-i saat 16:00 Gənclik Mall-daki Cinema Plus-da keçiriləcək. 

Seansa yalnız Akademiyanın tələbələri və kollektivi qoşula bilər. Biz öz üzərimizə biletin yükünü götürük, amma tam olaraq yox 🙂 Bu gündən etibarən 14-cü kabinetə yaxınlaşıb cəmi 2 azn ödəyib biletinizi ala bilərsiz.

Özünüzlə seansa STEP-ə aid maraqlı şeylər götürün kolleltiv şəkil çəkək. 

Görüşənədək!

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun