Bakı, Koroğlu Rəhimov, 70

Sualtı kabellərin həyatı

1956-ci il sentyabrın 25-də ilk transatlantik telefon kabeli istismara verilmişdir. Sizin qarşınızda niyə internet indiyədək göydə deyil su altında yaşayır mövzusunda kiçik FAQ (Tez-tez soruşulan sual) var.

Niyə telekommunikasiya şirkətləri kabellər yerinə peyklərdən istifadə etmirlər?

Peyklər bir çox məqsədlər üçün çox münasibdir: onları fiber optik kabellərin hələ mövcud olmadığı məkan üçün istifadə etmək olar, üstəlik onlar məlumatları bir nöqtədən bir neçə nöqtəyə ötürə bilərlər.

Ancaq məlumatların mərhələli şəkildə ötürülməsində fiber optikdən yaxşısı yoxdur.Bu cür kabellər az Bu məsrəflərlə daha böyük həcmli məlumatları ötürə bilər.

Peyk vasitəsilə keçən beynəlxalq trafikin həcmini dəqiq öyrənmək çətindir, lakin bu həcmin olduqca az olduğunu dəqiq deyə bilərik. ABŞ Federal Rabitə Komissiyası tərəfindən nəşr olunan statistika göstərir ki, peyklər ABŞ-ın bütün beynəlxalq potensialının yalnız 0,37% -ni təşkil edir.

Yaxşı, bəs mənim smartfonum? Axı o simsiz məlumat mübadiləsi istifadə edir.

Siz telefon istifadə etdiyiniz zaman məlumatları kabelsiz olaraq yalnız ilk kommunikasiya qüllələrinə ötürürsünüz ki, onlar da məlumatları artıq torpaq və ya sualtı ilə ötürür.

Neçə sualtı kabel var?

2017-ci ilin əvvəlində bütün dünya üzrə təxmini olaraq 428 sualtı iş kabeli qeydə alınmışdı. Bu say həmişə dəyişir, çünki yeni kabellər qoşulur və köhnələr sıradan çıxarılır. 

Onlar necə işləyir?

Müasir sualtı kabellər, yuxarıda dediyi kimi fiber-optik texnologiyadan istifadə edir. Elektrik siqnalı mikrolazerlər tərəfindən yayılmış işığa çevrilir və tel üzərindən digər uca olan qəbulediciyə yüksək sürətlə ötürülür.

Onlar qalındırmı?

Kabelin özü sarğını nəzərə alsaq təxmini olaraq suvarma şlanqı qalınlğındadır. Ancaq siqnalların ötürüldüyü kabelin daxili elementlərinin qalınlığı  insan tükünün qalınlığına bərabərdir.

Kabelin daxili telləri bir neçə qat izolyasiya və  qoruyucu material ilə örtülmüşdür. Kabelin davamlılığını qorumaq məqsədilə sahil zonasından keçən hissələrini əlavə təbəqə örtür. 

Kabellər həqiqətən düz okeanın dibində dayanır?

Bəli. Sahil yaxınlığında onların zədələnməsinin qarşısını almaq məqsədilə torpaq altında yerləşdirirlər. Buna görə də çimərliklərdə onları görmək mümkün deyil. 

Əlbəttə ki, kabellər dənizin ən təhlükəsiz sahələrində qüsur, balıqçılıq zolaqları, lövbərlər üçün açılış sahələri və kabel üçün digər təhlükələr olmayan hissələrdə  yerləşdirilməlidir. Sualtı kabel çəkilişi ilə məşğul olan şirkətlər qərəzsiz xəsarət ehtimalını azaltmaq üçün kabellərin harda yerləşdiyini açıq şəkildə bildirirlər.  

Köpəkbalığı ( akula) onları yeyirmi?

Kabellərin akulalar tərəfindən zədələnməsi KİV-in miflərindən biridir. Keçmişdə akulaların bir neçə dəfə kabellərə “hücum etməsindən” sonra bu, məqalələrin məşhur mövzusu olmuşdur.  Bugünkü gün onlar kabellər üçün əsas təhlükə hesab olunmurlar.  Bununla belə tez-tez, orta hesabla ildə 100 dəfə zədələnirlər.  Siz bu zədələnmələr haqqında nadir hallarda eşidirsiniz, ona görə ki, bu sahədə işləyən şirkətlər  “rəqəmlərdə təhlükəsizlik” yanaşmasından istifadə edirlər: kabel bərpa olunana qədər xidmət edəcəyi məlumat axını digər kabellər arasında paylanacaq.

Bütün kabellərin ümumi uzunluğu nə qədərdir?

2017-ci ilədək bütün əməliyyat kabellərinin ümumi uzunluğu təxminən 1,1 milyon kilometr təşkil edir.

Bəzi kabellər çox qısadır: CeltixConnect şirkətinin İrlandiya və Böyük Britaniyanı birləşdirən kabeli Cəmi 131 kilometrdir. Digər kabellər isə inanılmaz dərəcə uzun ola bilər, məsələn, Asia America Gateway kabelinin uzunluğu  20 000 kilometr təşkil edir.

Kabellər kimə məxsusdur?

Ənənəvi olaraq kabellər onların istifadəsi ilə maraqlananlar tərəfindən konsorsium yaradan telekommunikasiya agentliklərinə aid idi. Ötən əsrin 90-cı illərin sonlarında yeni şirkətlərin axını çox sayda xüsusi kabellər yaratdı ki, onların gücü istifadəçilərinə satıldı.

 

Bu gün həm özəl, həm konsorsiumlara məxsus kabellər mövcuddur. Kabel vasitəsilə məlumat köçürmələrinin təşkilində ən böyük dəyişiklik bu işlə məşğul olan şirkətlərdə baş verdi.

Kabel işində əsas investorlar Google, Facebook, Microsoft və Amazon kimi məzmun təminatçılarıdır. Özəl operatorların məzmun təminatçıları kimi genişləndirdikləri gücün həcmi son illər ərzində  internet-magistral operatorlarının təmin etdiyi həcmi ötüb keçib.

Bu kabelləri kim istifadə edir?

Məsələn, siz. Sualtı kabellərin potensial istifadəçiləri – müxtəlif insanlar və şirkətlər, hökümət, mobil rabitə operatorları, transmilli korporasiyalar və məzmun təminatçılarıdır.  İnternetdə daxil olan hər bir insan cihazdan asılı olmayaraq artıq sualtı kabeldən istifadə etmiş sayılır.

Onlar hansı həcmdə olan informasiyanı ötürə bilərlər?

Bütün kabellər ötürmə qabiliyyəti müxtəlifdir. Yeni kabellər 15 il öncə qoyulanlarda daha çox məlumatı ötürmə qabiliyyətinə malikdir. İstifadəyə hazır MAREA kabeli, məlumatları saniyədə 160 terabit səviyyəsində ötürə bilər.  

Facebook və  Google öz peyklərini və dronlarını sınaqdan keçirir və buraxır. Kabellərin hələ də gələcəyi varmı?  

Hər iki şirkət bu layihələrə investisiya yatırırlar ki, planetin az inkişaf etmiş hissələrində internetə çıxış məhdudlaşdırılan və ya ümumiyyətlə internet olmayan yerlərdə internetə qoşulmanı təmin etsinlər. Onlar hələ ki, sualtı kabellərin əvəzinə peykləri və dronları istifadə etməyi planlaşdırmırlar.

Facebook və Google fiber optik kabellərin çəkilməsini maliyyələşdirməyə davam edirlər. Məsələn, hər iki şirkət Pacific Light Cable Network layihəsinə investisiya yatırır. 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun