Bakı, Koroğlu Rəhimov, 70

STEP IT Academy-nin təlimçisi ilin ən yaxşı proqramçısı seçildi

2018-ci il dekabrın 5-də Marriott Absheron Baku Hotel-də BakuTel-in dəstəyi və Azərbaycan Qadınları İKT-də – “FEMMES DIGITALES” klubunun təşkilatçılığı ilə sayca 2-ci olan «AWITA 2018» — The Women in IT Award mükafatlarının təqdimat mərasimi keçirildi. Mükafat Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara təqdim edilmişdir.

Təqdimat mərasimi bu il Bakıda keçirilən Telekommunikasiya, innovasiya və yüksək texnologiyalar – “BakuTel 2018″ adlı Azərbaycan Beynəlxalq Sərgi və Konfransının rəsmi açılışı münasibətilə ənənəvi ziyafətlə birgə baş tutdu.

“Bakutel” ilə yanaşı Pasha Bank, B.EST Solutions, MONT Azerbaijan, Rabita Bank, Bakinity, Lilac, R.I.S.K, Sinam, Ultra, Cybernet, Azer Agrar, Tovuz-Baltiya, Microsoft Azerbaijan, STEP IT Academy, Synergy Partnership şirkətləri də “AWITA 2018” müsabiqəsinin partnyorları və sponsorları sırasında idilər.

Müsabiqəyə 100-dən artıq ərizə daxil olmuşdur. Ölkənin İT sənayesinin, İKT sahəsində çalışanlar, aparıcı kütləvi informasiya vasitələrinin, dövlət strukturlarının, eləcə də universitetlərin nümayəndələri aşağıdakı 11 nominasiya üzrə qalib xanımları müəyyənləşdirdilə.

Ilin proqramçısı nominasiyasında qalib STEP IT Academy-nin təlimçisi Ləman Qədirli qalib gəldi. Onu bütün kollektivimiz adından təbrik edirik və uğurlar arzulayırıq!

“AWITA 2018” tədbiri xanımlar arasında İT sahəsinin populyarlaşdırılmasına və təbliğinə, həmçinin Azərbaycanda texnologiyalar və innovasiyalar sahəsində qadınların nailiyyətlərinin nümayiş etdirilməsinə istiqamətlənmiş ən böyük tədbir hesab edilir.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun