Bakı, Koroğlu Rəhimov, 70

STEP IT Academy-də sənaye 4.0 seminarı keçirildi

Bu günlərdə STEP IT Academy –də Azərbaycanda İT sahəsində biliklərin geniş yayılmasına  yönəldilmiş növbəti tədbir keçirildi.  Bu dəfə tədbirin mövzusu dördüncü sənaye inqilabı və yeni texnoloji trendlər oldu. Tədbirin spikeri biznesin inkişafı üzrə menecer və Bestcomp şirkətinin direktoru Samir Nuriyev idi.  Qeyd edək ki, S. Nuriyev 14 il ərzində  Alcatel Lucnet və Cisco kimi məşhur şirkətlərlə çalışmışdır.

«Bugün bütün dünya dördüncü sənaye inqilabına –  maksimum İT ilə əlaqədar olan texnologiyalarına, robot texnikasına  keçid edir. Bəs bəşəriyyət buna hazırdırmı?», – deyə Nuriyev tədbirin qonaqlarından soruşdu.  

Tədbir prosesində Nuriyev sənaye inqilabları prosesi barədə qonaqlara məlumat vermişdir. Həmçinin spiker bu sahədə ən son tədqiqatları və elmi kəşflər barədə danışıb.  Onun çıxışı əsasən müxtəlif universitetin tələbələri və məktəblilərdən ibarət iştirakçılarda böyük maraq oyatmışdır. Tədbir prosesində qonaqlar suallar verdilər. Mövzunun maraq doğurduğu və iştirakçıları düşündürəcək mövzu açdığı açıq aydın görünürdü.  

Xatırlada ki, STEP IT Academy hər şənbə günü İT sahəsi üzrə ən mühüm mövzuların müzakirə olunduğu tədbirlər həyata keçirir. Tədbirdə istəyən şəxs iştirak edə bilər.

Akademiya İT sahəsi üzrə 3 əsas ixtisasa yönəlib:

1) Kompüter Qrafikası və Dizayn.

2) Proqramlaşdırma.

3) Kibertəhlükəsizlik şəbəkəsi üzrə mütəxəssis.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun