Bakı, Koroğlu Rəhimov, 70

STEP IT Academy-də “Life Long Learning “ forumu keçirildi.

ANMAH Akademiyasında fəaliyyət göstərən bir qrup gəncin təşəbbüsü və təşkilatçılığı ilə, sentyabr ayının 16-da STEP IT Academy-də “Life  Long Learning “ forumu keçirildi.

Forum iki paneldən ibarət idi.:

  • “Təhsilin idarə edilməsi”
  • “Professional inkişafın üç yolu”
  • ” Əylənərək öyrənmək”
  • “Yorulmadan necə davamlı öyrənmək olar? “
  • ” Ətraf və onun bizim inkişafımıza bir-başa təsiri”

Forumunda öz şəxsi və professional həyatında  uğur qazanmış  5 panelist iştirak etdi. 200 nəfər gəncin iştirak etdiyi forum yüksək maraqla qarşılandı. Belə ki, panel müzakirələrlə yanaşı, panelistlərlər və iştirakçıların fərdi və ya qrup halında müzakirələri gün ərzində də  davam etdi. Forumda  işgüzar şəbəkələşmənin gücləndirilməsi üçün 2 paneldən əlavə 2 dəfə çay-kofe vaxtı iştirakçılar öz aralarında və panelistlərlə geniş və maraqlı müzakirələr apara bildilər.

STEP İT Akademiya, GLDP, VASW,Lady Land, BUTA Art & Sweets, Modern Academy, Chip.az, Coca Cola, BusinessX, Student Club Azerbaijan, Müəlliminitap.az-ın tərəfdaşlığı ilə keçirilən “Life Long Learning” formunun məqsədi gəncləri ömür boyu öyrənməyə təşviq etmək,onlara bunun əhəmiyyətini aşılamaq və  onlar arasında işgüzar şəbəkələşməni gücləndirmək idi.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun