Bakı, Koroğlu Rəhimov, 70

STEP IT Academy-də Java üzrə proqram təminatının yaradılması istiqamətində təhsil almış tələbələrin diplom işlərinin təqdimatı keçirildi.

STEP İT Academy-nin Azərbaycandakı filialının rəhbəri Aleksey Sleptsov açılış nitqi ilə çıxış edərək, qeyd etdi ki, bütün çətinliklərə – məsələn müəllimlərin dəyişdirilməsi kimi hallara baxmayaraq, iş müvəffəqiyyətlə yerinə yetirildi və bu gün Akademiya sayəsində Azərbaycanda müvafiq sahədəki mütəxəssislərin sayı artdı.

O məzunlara müraciət etdi: – “Əminəm ki, hər şey uğurlu keçəcək, belə ki, diplom işlərinin müdafiəsi – təhsil ili ərzində qazanılmış biliklərin nümayişidir. Əsl qiymətləri sizə həyat verəcək, və bilirəm ki, bir çoxunuz artıq işlə təmin olunmusunuz. O kəslər ki, hələ iş tapmayıb, şübhə etmirəm ki, yaxın vaxtlarda buna nail olacaqlar, belə ki, Azərbaycanda Java proqramçılara tələbat çox böyükdür”.

Sonra isə Java üzrə proqram təminatının yaradılması istiqamətindəki ilk məzunların diplom işlərinin – öyrəndikləri texnologiyalar əsasında hazırladıqları layihələrin müdafiəsi keçirildi.

Onların işi Akademiyanın müəllimləri tərəfindən qiymətləndirildi.

Xüsusi diqqət edilməli məqamlardan biri də “Java üzrə proqram təminatının yaradılması” ixtisası üzrə bir illik tədris proqramı çərçivəsində təhsil almış məzunların həm yerli, həm də beynəlxalq bazarın standartlarına cavab verən mütəxəssislər kimi hazırlanmasıdır.

Həmçinin təqdirəlayiq haldır ki, Akademiya Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayır və tələbələrin əksəriyyəti artıq təhsil müddətində iş yerləri tapırlar. Belə ki, müxtəlif şirkətlərin nümayəndələri diplom işlərinin müdafiəsində, imtahanlarda, həmçinin diplomların təqdim edilməsi tədbirlərində iştirak edir, tələbələrə əməkdaşlıq haqqında təkliflər edir və şirkətləri üçün dəyərli kadrlar əldə edirlər. Bu dəfə diplom işlərinin təqdimatı yalnız şirkətlərinə əməkdaş axtaranlar üçün deyil, həmçinin Akademiyada təhsillə və ya sadəcə proqramlaşdırma ilə maraqlanan hər kəs üçün açıq idi.

Diplomların rəsmi təqdimat mərasimi yaxın günlərdə keçiriləcək. Məzunlar dünyanın 18 ölkəsində fəaliyyət göstərən STEP IT Academy-nin beynəlxalq diplomunu alacaqlar.

Yada salaq ki, İT-də peşəkar olmaq istəyənlər üçün isə Akademiya 3 əsas ixtisas üzrə təhsil almaq imkanı təklif edir:

  • Kompüter qrafikası və dizayn
  • Proqramlaşdırma
  • Şəbəkələr və kibertəhlükəsizlik

Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.

STEP IT Academy-də 15 yaşdan 55 yaşadək olan şəxslər təhsil ala bilərlər. Bundan əlavə, STEP IT Academy çərçivəsində böyüyən nəsil (9-14 yaş) üçün kiçik kompüter akademiyası fəaliyyət göstərir.

Qeyd edək ki, STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 18 ölkəsində 66 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun