Bakı, Koroğlu Rəhimov, 70

STEP IT Academy-də ikinci məzun günü baş tutdu

Bu günlərdə STEP İT Academy-də “Veb layihələrin yaradılması və dizaynı” ixtisası və Javada proqram təminatlarının hazırlanması istiqaməti üzrə məzunlara diplomların təntənəli verilməsi tədbiri baş tutdu. Bir il sonra onlar dünyanın 18 ölkəsində fəaliyyət göstərən STEP IT Academy-nin beynəlxalq diplomunu əldə etdilər.

Çıxış nitqində STEP İT Academy-nin Azərbaycandakı filialının rəhbəri Aleksey Sleptsov qeyd etdi ki, bu gün diplomların verilməsi sadəcə bir formallıqdır, belə ki, məzunların əksəriyyəti artıq işlə təmin olunublar.

O, məzunlara müraciət edərək bildirdi: – “O kəslər ki, hələ iş tapmayıb, şübhə etmirəm ki, yaxın vaxtlarda buna nail olacaqlar, belə ki, Azərbaycanda Java proqramçılara və veb-tərtibatçılara tələbat çox böyükdür”.

Qeyd edək ki, Akademiyada təhsil almış məzunlar həm yerli, həm də beynəlxalq bazarın tələblərinə cavab verən mütəxəssislərdir. Həmçinin diqqət edilməli digər məqam odur ki, təhsil proqramı dövlət kurrikulum sisteminin tələblərinə uyğun olub, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Məzunlara diplomlarını onların müəllimləri təqdim etdilər.

Həmçinin təqdirəlayiq haldır ki, Akademiya Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayır və tələbələrin əksəriyyəti artıq təhsil müddətində iş yerləri tapırlar. Belə ki, müxtəlif şirkətlərin nümayəndələri diplom işlərinin müdafiəsində, imtahanlarda, həmçinin diplomların təqdim edilməsi tədbirlərində iştirak edir, tələbələrə əməkdaşlıq haqqında təkliflər edir və şirkətləri üçün dəyərli kadrlar əldə edirlər.

Yada salaq ki, İT-də peşəkar olmaq istəyənlər üçün isə Akademiya 3 əsas ixtisas üzrə təhsil almaq imkanı təklif edir:

  • Kompüter qrafikası və dizayn
  • Proqramlaşdırma
  • Şəbəkələr və kibertəhlükəsizlik

Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.

STEP IT Academy-də 15 yaşdan 55 yaşadək olan şəxslər təhsil ala bilərlər. Bundan əlavə, STEP IT Academy çərçivəsində böyüyən nəsil (9-14 yaş) üçün kiçik kompüter akademiyası fəaliyyət göstərir.

Qeyd edək ki, STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 18 ölkəsində 66 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun