Bakı, Koroğlu Rəhimov, 70

STEP IT Academy-də Beynəlxalq təhlükəsiz internet günü qeyd edildi

Bu günlərdə STEP IT Academy-də Beynəlxalq təhlükəsiz internet gününə həsr edilmiş və AzerTelecom, Cisco Systems, Bank of Baku şirkətlərinin dəstəyi ilə hazırlanmış tədbir keçirildi.

Bu bayramın məqsədi – insanları İnternetdən məsuliyyətli və təhlükəsiz istifadə haqqında məlumatlandırmaq idi. Bu məqsədi əsas götürərək Akaemiya tərəfindən spikerlər – öz sahəsində məşhur mütəxəssislər dəvət olunmuşdu. Onlar çoxsaylı publikaya İnternet nədir, təhlükələr harada gizlənir və təhlükəsizliyi necə qorumaq haqqında danışdılar.

Bakıdakı STEP IT Academy-nin direktoru Aleksey Sleptsov tədbirə gələn qonaqları salamlayaraq, qeyd etdi ki, tədbir spikerləri olaraq İnternet haqqında hər şeyi bilən, öz sahələrinin “quru”ları dəvət edilib.

Bu həqiqətən belə idi, belə ki, gec olmasına baxmayaraq qonaqlar 2 saat davam edən söhbətdən sonra getmək istəmir, suallar verməyə və spikerlərin dediklərini dinləməyə davam edirdilər.

AzerTelecom şirkətinin kommersiya direktoru Samir Nuriyev, Bank of Baku-nun kibertəhlükəsizlik üzrə eksperti İlkin Zeynalov, Cisco Systems şirkətinin mühəndisi Şahin Məmmədov, həmçinin STEP IT Academy-nin müəllimi Şaiq Səmədov kifayət qədər məlumatlı çıxışlar hazırlamışdılar. Zalda yalnız İT tələbələri deyil, həmçinin bu sahə ilə maraqlanan insanlar da var idi və spikerlərin çıxışları hamıda İnternet və onun təhlükəsizliyi mövzusuna həqiqi maraq oyadırdı.

Qeyd edək ki,  STEP IT Academy hər həftə bir çox maraqlı və maarifləndirici tədbirlər keçirməklə, bütün arzu edənləri İT texnologiyalar sahəsi ilə tanış edir. Akademiyanın rəhbərliyi bu sahədə maraqlı olan mütəxəssisləri öz təcrübələrini hamı ilə paylaşmaq üçün dəvət edir. İT-də peşəkar olmaq istəyənlər üçün isə Akademiya 3 əsas ixtisası təqdim edir:

  • Kompüter qrafikası və dizayn
  • Proqramlaşdırma
  • Şəbəkələr və kibertəhlükəsizlik

Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.

STEP IT Academy-də 15 yaşdan 55 yaşadək olan şəxslər təhsil ala bilərlər. Bundan əlavə, STEP IT Academy çərçivəsində böyüyən nəsil (9-14 yaş) üçün kiçik kompüter akademiyası fəaliyyət göstərir.

Qeyd edək ki, STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 18 ölkəsində 66 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər.

Əlavə olaraq bildiririk ki, Akademiyanın Facebook səhifəsinə abunə olmaqla tədbirlərimiz haqqında məlumatları izləyə bilərsiniz.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun