Bakı, Koroğlu Rəhimov, 70

STEP IT Academy Cisco Networking Academy-nin ən yüksək mükafatına layiq görülüb

Noyabrın 15-i Afina şəhərində Cisco Networking Academy partnyorlarının beynəlxalq yubiley sammiti keçirilmişdir. Ənənəvi illik görüş çərçivəsində Cisco ASC Partner Rewards Program müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Bu il STEP IT Academy Cisco Networking Academy-dən düz iki mükafat alıb. Müəllimlərin və tələbələrin uğur qazamanmasında böyük rol oynadığı üçün “Premier+ Partner” diplomundan əlavə Akademiyamız həmçinin ən yüksək “Certificate of recognition Computer Academy Step as a Premier + Partner in the ASC Rewards Program” mükafatına da layiq görülüb.

STEP IT Academy Cisco Networking Academy cəmiyyətinə nümunəvi xidmət göstərdiyinə, və dünyanın qlobal problemlərinin həllində öz tövhəsini verəcək gənc mütəxəssislərin yetişdirilməsinə görə xüsusi “Premier+ Partner” statusunu əldə edib.

Cisco Systems şirkəti informasiya texnologiyaları və məlumat ötürülməsi sahəsində dünya lideridir, və 20 ildən çoxdur ki bütün dünyada IT sahəsində təhsili inkişaf etdirməkdədir. Öz Şəbəkə Akademiyasının çərçivəsində Cisco kompüter şəbəkələrinin tikintisi və xidmət göstərilməsi sahəsində mütəxəssislər yetişdirən təhsil müəssələri ilə iş birliyi qurur.

Cisco Networking Academy STEP Kompüter Akademiyasının nailiyyətlərini yüksək qiymətləndirir və onu Mərkəzi və Şərqi Avropa regionunda ən yaxşı instruktorlar yetişdiyinə görə mükafatlandırıb. Bu il Akademiyanın uğurunu qeyd etmək üçün beynəlxalq Akademiyamızın “Şəbəkələr və Kibertəhlükəsizlik” kafedrasının müdiri Vadim Tkaçenko Cisco-nun vitse prezidenti cənab Harbinder Kang tərəfindən verilən mükafatı qəbul edib.

STEP IT Acadmey tələbələri Cisco Networking Academy çərçivəsində ödənişsiz imtahanlardan keçmək imkanına malikdirlər. Bu imtahanların nəticəsində tələbələrimiz onların peşəkarlığını sübut edən təhsil və sənaye sertifikatlarını əladə edə bilirlər. Tələbə və məzunlarımız bütün dünyada yüksək qiymətləndirilən CCNA, CCNA Security, IT Essentials və CCNP sertifikatlarını əldə edirlər.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun