Bakı, Koroğlu Rəhimov, 70

STEP IT Academy Bakıda ilk diplomlarını təqdim etdi

Bu günlərdə  STEP IT Academy-nin ilk məzunlarının məzun günü baş tutmuşdur. “Veb layihələrin yaradılması və dizaynı” ixtisası üzrə təhsil alan 40 tələbə bir ildən sonra 18 ölkədə fəaliyyət göstərən Akademiyanın beynəlxalq diplomunu əldə etdilər. 

Qeyd edək ki, məzunların bir hissəsi STEP IT Academy-nin və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət  Agentliyinin  əməkdaşlığı nəticəsində Akademiyada ödənişsiz təhsil almaq imkanı qazanan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  tələbələri olublar. 

Bir illik “Veb layihələrin yaradılması və dizaynı” ixtisası çərçivəsində təhsil almış məzunlar hazırda həm yerli, həm beynəlxalq bazarın tələblərinə cavab verən mütəxəssisdirlər.  Qeyd etmək lazımdır ki, tədris proqramı dövlət kurrikulumunun tələblərinə cavab verir və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. 

Xüsusi ilə qeyd emək lazımdır ki, Akademiya Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayır və tələbələrin çoxu artıq təhsil müddətində iş yerləri ilə təmin olunurlar. Şirkət nümayəndələri diplom və kurs işlərinin müdafiəsində, imtahanlarda və həmçinin diplom təqdimatlarında iştirak edib, tələblərə təkliflər edirlər və özləri üçün dəyərli kadrlar əldə edirlər.  

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun