Bakı, Koroğlu Rəhimov, 70

STEP IT Academy – 2 il birlikdə!

Ötən gün Azərbaycanda fəaliyyət göstərən STEP IT Academy 2 illik yubileyini qeyd etdi.

Qeyd edək ki, Azərbaycan STEP IT Academy – ni dövlət səviyyəsində dəstəkləyən ilk ölə oldu. Birgə layihə çərçivəsində Azərbaycan Təhsil Nazirliyi daha öncədən planlaşdırıldığı kimi akademiyaya 9 saylı Sənaye və İnnovassiya liseyinin binasını təhvil verdi.   

Azərbaycanda akademiyanın açılış günü STEP IT Academy-nin təsisçisi Dmitriy Korçevski keçmiş təhsil naziri Mikayıl Cabbarov ilə birgə bu kompleksi  şəxsən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təqdim etmişdilər.

Bir il öncə akademiya dövlət proqramı çərçivəsində Azərbaycanda pulsuz təhsil verməyə başlamışdı. STEP IT Academy və Bakı Dövlət Texniki Peşə Tədris Mərkəzinin sənaye sahəsində olan əməkdaşlığı bir illik proqram çərçivəsində “Veb layihələrin yaradılması və dizaynı” ixtisası üzrə təhsil almaq imkanı yaratdı ki, burada məzunlar yerli və beynəlxalq bazar tələblərinə cavab verən mütəxəssis olmaq imkanını əldə etdilər.

Azərbaycanda bu 2 illik fəaliyyət dövründə STEP IT Akademiyası əhəmiyyətli dərəcədə uğur qazanmışdır. Ən əhəmiyyətlisi, azərbaycanlı tələbələrin xaricdə müxtəlif yarışlarda qələbəsi hesab edilə bilər. Məsələn, artıq iki il akademiyanın tələbələri Beynəlxalq IT yarışı olan “Golden Byte” –in qalibi olurlar. Akademiya həmçinin dövlət strukturları ilə birgə Azərbaycanın müxtəlif bölgələrində  İKT mövzusunda müxtəlif tədbirlər təşkil etmişdir. Bundan başqa hər şənbə günü akademiya daxilində arzu edənlər üçün müxtəlif IT mövzulu tədbirlər təşkil olunur.

Bu il akademiya üçün əlamətdar oldu – belə ki, “Veb layihələrin yaradılması və dizaynı” ixtisası üzrə ilk məzunların diplomları təqdim olundu. Məzunlar və təhsilini hələ başa vurmayan tələbələr artıq işlə təmin olunublar.  Ölkənin aparıcı şirkətləri öz müəssisələri üçün məhz STEP IT Academy –dən mütəxəssislər axtarırlar.   

Bu il həmçinin Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayder şirkəti “AzerTelecom” MMC və Qafqaz regionunda ən böyük pərakəndə satış şirkətlər qrupu olan Sinteks ilə STEP Kompüter Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Həm də qeyd etmək lazımdır ki, bütün dünya dördüncü sənaye inqilabına – robototexnikaya keçid, maksimum IT-yə aid texnologiyalara keçid etdiyi bir dönəmdə Azərbaycanda hər şey, vətəndaşlara xidmət göstərən elektron mərkəzlərə, elektron hökümətə keçid edir. 

Daha çox suallar elektron sahəyə yönəlir. Akademiyanın da qarşısında bir vəzifə dayanır. Ölkəni, cəmiyyəti kompüter texnikası ilə işləməyi bacaran çoxlu sayda insanla təmin etməkdir ki, o da bunun öhdəsindən çox gözəl şəkildə gəlir.   

Bu gün STEP IT Akademiyası bazarda öz mövqeyini möhkəm tutub və yerli sakinlər arasında  hörmət və etimad qazanıb.  Müxtəlif yaş kateqoriyalı tələbələrin çox sayda olması bunu sübut edir. Burada 15 yaşından 55 yaşa kimi insanlar təhsil alır. Kiçik Kompüter Akademiyasında isə 9 yaşdan 14 yaşa kimi uşaqlar təhsil alırlar.

Qeyd edək ki, akademiya IT texnologiyaları sahəsində üç əsas ixtisas üzrə yönəlmişdir:

  • Kompüter qrafikası və dizayn.
  • Proqramlaşdırma.
  • Şəbəkələr və kiber təhlükəsizlik üzrə mütəxəssis

Kompüter akademiyasında təhsil proqramı 2,5 il müddət üçün nəzərdə tutulub. Tədrisin sonunda tələbələr bu akademiyanın beynəlxalq diplomunu, həmçinin tərəfdaş şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını əldə edə bilirlər. 

Bugünkü gün STEP IT Akademiyası Avropanın 18 ölkəsində, Asiyada, Cənubi Afrika və Amerikada 55 filialı mövcuddur. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə çalışırlar.

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun