Bakı, Koroğlu Rəhimov, 70

Sophie Studio və STEP IT Academy partnyorluq memorandumu imzaladı

2017-ci ilin Oktyabr ayının 6-sı STEP IT Academy və Sophie Studio şirkəti tələbələrimizlə birgə keçirdiyimiz işgüzar görüşün nəticəsində Əməkdaşlıq və Partnyorluq haqda memorandum imzaladı.

Sophie Studio kreativ agentlikdir və daim yeni fikirli gənclərin axtarışındadır. Studiyanın fəaliyyəti – SMM, Veb Tərtibat, Branding, Foto-Video çəkiliş və müxtəlif tədbirlərin təşkilindən ibarətdir. Memorandumun nəticəsi olaraq Akademiyamzın tələbələrini təcrübə proqramlarını dəvət edir və iş ilə təmin edir.

Partnyorluq  memorandumlarının məqsədi, əməkdaşlıq etdiyimiz şirkətlər ilə birlikdə yerli IT sahəsini inkişaf etdirmək, təhsildə informasiya texnologiyalarının integrasiyasında yardımçı olmaqdır. 

Bu memorandum tələbələrimizə obyektiv qiymətləndirmə və işədüzəlmədə yardımıçı olmaq məqsədi ilə bağlanılır. Yeni şirkətlər və iş birlikləri haqda sizi məlumatlandıracayıq!

 

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun