Seminar: 3-cü həcm və ya həyata dərin baxış
YALNIZ AKADEMİYANIN TƏLƏBƏLƏRİ ÜÇÜN!
Əziz Kompüter Qrafikası və Dizayn ixtisasının tələbləri, dekabrın 7-si Kompüter Qrafikası və Dizayn kafedrasının rəhbəri Toğrul Babayev sizlər üçün “3-cü həcm və ya həyata dərin baxış” adlı seminar keçirəcək. Seminarda üçölçülü qrafikanın əsasları haqda bəhs ediləcək.
Seminar zamanı aşağıdaki mövzular müzakirə olunacaq:
- Kompüter qrafikasına yenidən baxış
- 2D və 3D bunlar nədir, üstünlüklər, fərqlər və gələcək…
- 3D qrafikanın tarixi, fizika, riyaziyyat və həndəsə.
- 3D qrafikaya başlayarkən nələri bilməliyik? Metodika və terminologiya.
- Sual-cavab
Seminar saat 19:00-da 2A auditoriyasında Azərbaycan dilində keçiriləcək.
Hamınızı səbirsizliklə gözləyirik!