Bakı, Koroğlu Rəhimov, 70

Qadınlar İT-də – stereotipləri dağıdırıq

Biz JavaScript-i öyrənməyə başladıq. Belə bir düşüncə var ki, proqramlaşdırma qadınlar üçün çox çətindir. Mən isə belə hesab edirəm ki, bu (proqramlaşdırma), kişilər üçün də çətindir.

Əlbəttə ki, Step IT Academy-də bu stereotipə inananları tapmaq çox çətindir, belə ki, burada təhsil alan tələbələrin təqribən yarısı gözəl cinsin nümayəndələridir. Azərbaycanda İT sahənin yetərincə inkişaf etməməsinə baxmayaraq, pedaqoq qadınların sayı da az deyil.

Etiraf etməliyəm ki, sadəcə qadın deyil, həmçinin humanitar-qadın olduğumdan İT-təhsil almaq və bunun öhdəsindən gəlmək barədə şübhələrim var idi.

Akademiyanın direktoru Aleksey Sleptsov mənim bu şübhələrimə cavab olaraq, bildirdi ki, bu hətta yaxşıdır, belə ki, məndə yeni baxış formalaşacaq ki, adətən belə insanlar bu sahədə yeniliklər yaradırlar.

Sonra biz tanışlıq dərsində iştirak etdik, orada bizə İT-nin yaranmasından danışdılar. Məhz onda anladım ki, Aleksey haqlı idi. Bilirmisiniz ki, kompüterin yaradıcısı və bəşər tarixindəki ilk  proqramçı kim hesab edilir? QADIN! Əminəm ki, siz də bunu bilmirdiniz.

Avqusta Ada Kinq (bu adı yadda saxlayın) tarixdə ilk proqramçı hesab edilir və əsasən hesablama maşınının təsvirinin yaradılması ilə məşhurlaşıb. O, həmçinin dünyada ilk proqramı tərtib edib və “tsikl” və “işçi xana” terminlərini istifadəyə daxil edib. İngiltərə höküməti Avqustanın layihəsinə görə hesablama maşının yaradılmasını təsdiq etdi, lakin çox təəssüf ki, iş sona çatdırılmadı. Bu proses 10 il davam etdi, maşının konstruksiyası daha da mürəkkəbləşdi və 1833-cü ildə maliyyə dəstəyi dayandırıldı.

Beləliklə, burada da humanitar biliklərsiz ötüşmədi. Belə ki, Avqusta məşhur şairlərdən biri olan lord Bayronun qızıdır. Yadımdadır ki, Bayron poeziyasını öyrənərkən, onun qızının proqramçı olması haqqında məlumata rast gəlmişdim və o zaman bu fakta diqqət etməmişdim. Lakin lazım idi.

Mənə böyük inam verən bu kəşfdən sonra İnternetdə İT sahəsinin inkişafına öz töhfəsini vermiş digər qadınlar haqqında məlumatlar axtarmağa başladım. Və həmin adları böyük həvəslə sizlərlə bölüşürəm.

Xedi Lamarr – Onsuz Bluetooth və Wi-Fi olmazdı

Keçən əsrin məşhur aktrisası Xedi Lamarr 1942-ci ildə bəstəkar Corc Anteyllə birilikdə məsafədən torpedaları idarə etməyə imkan verən sistemin patentini aldılar. Patentdə məxfi rabitə sistemləri, o cümlədən müxtəlif tezliklərdə yalançı kanalların ötürülməsi təsvir edilib. Bu patent geniş spektrdə rabitələrin qurulması üçün əsas oldu ki, hazırda hər yerdə – mobil telefonlardan tutmuş Wi-Fi və Bluetooth-da istifadə edilir.

Qreys Xopper – Kontr-admiral, proqramlaşdırma sahəsində inqilabçı

ABŞ HDQ-nin kontr-admiralı Qreys Xopper müasir proqramlaşdırma dillərinin (məsələn, Microsoft-də istifadə edilən) yaradılmasında mühüm rol oynayıb. O, hesab edirdi ki, proqramlaşdırma dili ingilis dilini xatırlatmalı, maşın koduna bənzəməməlidir. XX əsrin ortalarında o, proqramlaşdırma dili üçün ilk kompilyatoru yaratmaqla texnoloji inqilab etmişdi. Sonralar onun əsasında ilk yüksəksəviyyəli proqramlaşdırma dillərindən biri olan COBOL yaradıldı. Həmçinin kompüterlərin işindəki xətaların aradan qaldırılması üçün istifadə edilən “otladka” termininin məşhurlaşması onun adı ilə əlaqələndirilir.

Syuzen Ker – Bizi kompüterlərlə “dostlaşdırdı”

Qrafik dizayner Syuzen Ker Macintosh üçün çox sayda ikonlar, şriftlər və digər elementlər hazırladı ki, onlardan bir çoxu hələ də istifadə olunur. O, “Command” klavişi üçün ikon, qrafik redaktorlar üçün boyama nişanı, “Chicago” şriftini və s. hazırlamış və çəkmişdir.

Radya Perlman – “İnternetin anası”

Radya Perlmanı çox vaxt “İnternetin anası” adlandırırlar və o, həqiqətən bu ada layiqdir. 1980-ci illərdə o, bir neçə şəbəkə protokolunu, o cümlədən STP-ini yaratdı ki, bunlar da Şəbəkənin növbəti inkişafı üçün əsas oldu və hələ də istifadə edilirlər.

 

Ceni Çao – Naqilsiz interneti evlərimizə gətirdi

1988-ci ildə Ceni Çao əri Viktorla birlikdə Linksys şirkətini təsis etdilər, hansı ki, tezliklə dünyada ən böyük router və marşrutizator satıcısına çevrildi. Şirkətin ilk məhsulu printerlər üçün paylayıcılar idi, hansı ki, bir neçə kompüteri bir printerə qoşurdu. Hazırda Linksys çox sayda və müxtəlif çeşiddə qurğular istehsal edir: naqilli və naqilsiz marşrutizatorlar, modemlər, USB və Wireless adapterlər, naqilsiz audio-qurğular, şəbəkə media-xabları, VoİP üçün qurğular və s.

Şeril Sendberq – Qadınların özlərinə inanmalarına kömək etdi

Şeril Sendberq sübut etdi ki, texnologiyalar və filantropiya birlikdə aparıla bilər. Google-da işlədiyi müddətdə Google Foundation xeyriyyə fondunun yaradılmasına kömək edirdi. 2002-ci ildə Erik Şmidtin təklifini qəbul etdi və Google şirkətinin qlobal veb-satışlar və əməliyyatlar üzrə vitse-prezidenti oldu. Google-da 6 il işlədikdən sonra, 2008-ci ildə Mark Zukerberqin təklifini qəbul etdi və Facebook-un əməliyyat direktoru oldu. O, sonradan digər qadınları da onun izindən getməyə sövq edən Lean In bestsellerini yazdı.

Və yeni “IT-girls” ifadəsini xatırlayın. Düşünürəm ki, bu da kişilərə aid sayılan sahədə qadınların da çox böyük imkanlarından xəbər verir.

 

 

Sofiya FRANK

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun