Bakı, Koroğlu Rəhimov, 70

Peşəkar kompüter təhsilinin həftəiçi dərslərinə qəbul şərtləri

Həftəiçi dərslərə 15 yaşından yuxarı şəxslər qəbul olunur.

STEP Kompüter Akademiyasının həftəiçi dərs formasına qəbul olunmaq üçün siz müsahibədən keçməlisiniz.

Müsahibə zamanı siz kompüter biliklərinizin, dərs materialını qəbul etmək üçün kifayət səviyyədə oluğunu nümayiş etməlisiniz. Yəni abituriyent aşağıdakı bacarıqlara malik olmalıdır:

  • Windows 7 əməliyyat sistemi ilə iş;
  • Windows 7-nin standart əlavəliri ilə işin paktiki bacarıqları;
  • Fayl və qovluqlarla iş;
  • Proqramların yazılma və pozulması;
  • Arxivləşdirmə proqramlarından istifadə;
  • Antivirus proqramları ilə iş;
  • Microsoft Word ilə sənədlərin hazırlanması;
  • Microsoft Excel vasitəsi ilə məlumatların işlənilməsi və analizi;

Alqoritmik məntiqin əsaslarına yiyələnmək:

  • Alqoritm anlayışı;
  • Ən sadə alqoritmlərin qurulma nümunələri;

Elementar riaziyyatı məktəb səviyyəsində bilmək:

  • Rəqəmin %-ni n tapılmasına dair elementar misallar;
  • Elementar funksiaların qrafiklərinin qurulması;
  • Kəsrlərlə misalların həlli;

İkili arifmetikadan anlayışın olması:

  • hesab sistemləri;
  • bit və baytlar haqda anlayış;

Müsahibələr bazar ertəsindən cümə gününə qədər saat 9:30-dan 18:30-a qədər, şənbə günləri isə 10:00-dan 15:00-a qədər keçirilir.

Müsahibədən keçməyənlər üçün Akademiyamızda fərdi və qrup şəklində keçirilən hazırlıq kursları fəaliyyət göstərir.

Bu kursu bitirdikdən sonra abituriyentlər imtahan verir, həmin imtahanın nəticəsinə görə həftəiçi/həftəsonu dərslərə yazılırlar.

Müsahibədən sonra abituriyent aşağıdakı sənədləri təqdim etməlidir:

  • Şəxsiyyət vəsiqəsinin sürəti;
  • Təhsil haqda sənədin sürəti

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun