Bakı, Koroğlu Rəhimov, 70

Proqramçı olmaq üçün nə qədər öyrənmək lazımdır?

Hər bir peşə diqqətli və optimal yanaşma, yəni ölçülüb-biçilmiş qərarlar tələb edir. Belə yanaşmaya peşəkar müəllim və proqramçılar tərəfindən hazırlanmış proqramlaşdırmanın həftəiçi və həftəsonu şəkildə öyrənilməsi proqramında rast gələ bilərsiniz.

İnformasiya texnologiyası sahəsində peşəkar olmaq niyyətində olanların hər birinin qarşısında iki sual durur: 1) proqramçı olmaq üçün nə qədər vaxt tələb olunur və 2) proqramçı olmaq çətindirmi. Bu suallara birmənalı şəkildə cavab vermək olmaz. Lakin biz seçilmiş yol haqqında ən yaxşı təsəvvür yaradacaq bir düstur hazırlamışıq. Bu düstur cəmi üç tərkib hissədən ibarətdir, yəni onun cəmi üç “inqrediyent”i var.

Xırdalıqlarınadək düşünülmüş proqram

Uğurun ən mühüm tərkib hissəsi abituriyentlərin yalnız ümumi göstəriciləri (tələbənin yaşı, kompüter biliklərinin səviyyəsi) deyil, həm də qarşıya qoyulmuş məqsədləri nəzərə alan bir tədris proqramıdır. STEP İT Akademiyasına gələn hər yeni tələbə ilə biz onun gözləntiləri haqda ətraflı fərdi söhbət aparırıq. Bəzən məlum olur ki, həmin tələbə öz tələblərinə cavab verən təlim kursunu deyil, başqasını seçmişdir. Proqramlaşdırmanı düzgün öyrənmək qaydası proqram kodunun əzbərlənməsi və ya əvvəlcədən kiminsə tərəfindən hazırlanmış şablonlardan istifadəsi deyil, proqramlaşdırma dilinin və onun quruluşunun başa düşülməsidir.

Tədris müddəti

Düşünürük ki, proqramlaşdırmanın bir-iki ay ərzində yüksək səviyyədə öyrədilməsi haqda reklamları çox eşitmisiniz. Bu cür vədlərə inanmazdan əvvəl orta məktəbdə xarici dili öyrənməyiniz üçün nə qədər vaxt tələb olunduğunu yadınıza salın. Proqramlaşdırma dillərinin hər biriin riyaziyyatla bağlığı olsa da, onların öz sintaktikası, istifadə qaydası, istisna halları və digər xırdalıqları vardır. Xarici dili iki ay ərzində yüksək danışıq səviyyəsində öyrənmək olarmı? Bu suala birmənalı olaraq “xeyr” cavabı verilməlidir.

Bütün bunları nəzərə alaraq proqramlaşdırmanı 3-4 ay ərzində öyrənən birinin keyfiyyətli kontent yaratmasının və proqram təminatının hazırlanmasında peşəkarcasına iştirak etməsinin mümkün olmadığını demək olar. Hesab edirik ki, bunun üçün 2,5 il lazımdır. Məhz bu müddətdən sonra siz tədrisin nəticələrindən əmin ola və junior-developer kimi fəaliyyət göstərə bilərsiniz.

Oxumaq, oxumaq və yenə də oxumaq!

Hamı bilir ki, texnologiyalar nəinki inkişaf edir, hətta sıçrayışla dayanmadan irəliyə doğru gedirlər. Beş il əvvəl öyrəndiklərinizin indi artıq aktuallığı azalmışdır. Buna görə də məlumatları dayanmadan yeniləmək və aktuallaşdırmaq gərəkdir. Akademiyanın müəllimləri iri şirkətlərdə işləyir, proqramlaşdırmanın inkişafı və uğurları müzakirə olunan müxtəlif ixtisaslaşmış konfrans və tədbirlərdə çıxış edirlər. Bu o deməkdir ki, bizim tələbələrə hər zaman aktual nəzəri və praktiki biliklər verilir.

STEP  İT Akademiyasındakı təhsilinizi başa vurub diplom aldıqdan sonra da inkişafınızı davam etdirməyiniz tövsiyə olunur. Bəli, biz sizə gələcək karyeranızın zirvəsinə qalxmaq üçün əla bünövrə verəcəyik,lakin tədrisiniz hər zaman davam etməlidir, İT sahəsində isə bu çox mühümdür.

STEP İT Akademiyasında aşağıdakı üç tədris istiqamətini seçmək olar:

Unutmayın ki, yalnız daimi təlim və təkmilləşmə sizi peşəkarlığın zirvəsində saxlaya bilər. Dəyişikliklərin nəbzini tutun, hər zaman yenilik axtarın, qalanını isə biz sizə öyrədəcəyik!

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun