Bakı, Koroğlu Rəhimov, 70

Photoshop proqramında iş. Ən çox yayılmış səhvlər

Photoshop proqramında işin cəld və məhsuldar olması üçün, təzə başlayan dizayner ona bu proqramla işində çox kömək edən bəzi layfhak qaydalarına əməl etməlidir. Faydalı vərdişləri tərbiyələndirmək istənilən zaman mümkündür. Daha yaxşı olardı ki, bunu işin ilkin mərhələlərində, proqram ilə tanışlıq və ya ev tapşırıqlarını yerinə yetirən zaman edəsiniz.

Proqram ilə uzun iş zamanı, biz hərəkətlərimizin çox hissəsini maşın ilə edirik. Bu maşın əməliyyatlarının çox zaman almaması üçün, əksinə işi optimallaşdırmaq üçün işin icra keyfiyyətinə və surətinə, habelə yeni layihənin yaradılmasına təsir göstərə biləcək aşağıdakı səhvlərə diqqət yetirmənizi təklif edirəm.

1. Qaynar klavişlər

Xüsusi klavişlər və onların birlikdə istifadəsi proqramda iş vaxtına qənaət edəcək və tapşırığın texniki tərəfinə deyil, yaradıcı tərəfi üzərində fikri cəmləməyə imkan verəcək. Əgər yadda saxlamağa vaxt tapmırsınızsa və ya “qaynar klavişlər”in kombinasiyasından istifadə etməyi unudursunuzsa, deməli proqramdan ən yaxşı qaydada istifadə etmirsiniz.

Bütün kombinasiyaları daha tez öyrənmək üçün İnternetdən tapa biləcəyiniz rəsmlərdən – təlqinlərdən istifadə edin. Onları iş stolunuzda quraşdırın və ya çap edin və kompüterin yanına qoyun ki, iş zamanı görə biləsiniz.

2. Qatlar ilı işin təşkili

Photoshop ona görə faydalıdır ki, qatlar ilə işləməyə imkan verir. Bu, proqramın üstün cəhətlərindən biridir. Qatlardan istifadə layihə üzərində asan işləməyə kömək edir. Növbəti işlər bə düzəlişlər zamanı qatların az olması çətinliklər yaradır. Qatlardan həddən artıq istifadə isə qarışıqlığa və anlaşılmazlığa səbəb olur. Xüsusilə də layihə üzərində bir neçə dizayner işləyən zaman. İş zamanı qatların düzgün təşkili barəsində düşünmək və maskalar və smart – obyektlərdən istifadə etmək lazımdır.

3. Dəyişikliklərin saxlanılması

Texniki qüsurlar və ya elektrik enerjisi kəsilən zaman bir neçə saat görülən işi itirmək çox məyusedicidir. Bu cür xoşagəlməzliklərə yol verməmək üçün layihəni müəyyən müntəzəmlik ilə yadda saxlamaq lazımdır.

4. Həddən artıq retuşlama

Dizayner həddən artıq retuşlamaya və rəsmin həddən artıq işlənməsinə yol verməməlidir. Həddən artıq retuşlama şəkilə pis təsir edir. Rəsmin auditoriya tərəfindən dərk olunmasını zəiflədir. Və dizayner tələn olunan nəticəyə nail ola bilmir. Şəkilin üzərində icra edilməli olan tapşırığı yadda saxlamaq və onu daim orijinal ilə müqayisə etmək lazımdır.

  1. Ehtiyat obyektlərdən sui-istifadə

Müxtəlif tapşırıqlar və kampaniyalar üçün eyni ehtiyat obyektlərdən istifadə etməkdən daha pis heç nə yoxdur. Sözsüz ki, pulsuz şəkillər məhşurdur və heç də bütün sifarişçilər şəkillərə artıq pul xərsləməyə razı olmurlar. Bəzən obyektin şəklini çəkmək və ya onu təsvir etmək daha yaxşı alınır.

6. Rəng sxemi

Mütəxəssis RGB rəng sxemində işləməyi tövsiyyə edir. Bu rəng sxemində bütün veb-obyektlər təsvir olunur. CMYK-də işləməyən bir çox filtrlər və obyektlər RGB-də yararlı olur. RGB-də çəkilən rəqəmsal fotoqrafiyalar eyni rejimdə redaktə olunmalıdır. RGB-də faylların ölçüsü daha azdır. CMYK poliqrafiya ilə işə uyğundur.

7. “Solğunlaşmadan”istifadə

Ağ-qara şəkillər əldə etmək üçün hər zaman “solğunlaşma”dan istifadə etmək lazım deyil. Bu alət şəkili bayağı və qeyri – təbii edir. Şəkilin ağ-qara versiyasını əldə etmək üçün ChannelMix (qarışıq kanallar) proqramından istifadə etmək daha yaxşı olar.

8. Şəkilin həlləri

İşə başlamazdan əvvəl tapşırıqdan asılı olaraq şəkilin müvafiq həllərini, 72 və ya 300 DPI (nöqtələrin dyum ilə həcmi) quraşdırın. 72 DPI veb-rəsmlər üçün, 300 DPI isə poliqrafiya üçün uyğundur.

9. Proqram interfeysinin ingilis versiyası

Photoshop interfeysinin ingilis versiyası proqram terminologiyası ilə daha yaxşı işləməyə və dizayner slenqini öyrənməyə imkan verir. Bundan başqa, Photoshop interfeysi üzrə ən yaxşı tədris materialları ingilis dilində nəşr olunmuşdur. Beləliklə, adaptasiyaya sərf olunacaq vaxtı qısaldın və lazım olanları oxuya və anlaya biləcəksiniz.

10. Təfsilatlara diqqət yetirmək

Dizaynerlər məhz təfsilatlar barəsində unudan zaman onlarla və onların işləri ilə gülünc vəziyyətlər baş verir: kölgələrin olmaması, şəkillərin işlənməməsi və s.Təfsilatlar şəkilə reallıq, ifadəlik və dərinlik hissini bəxş edir. Bütün iş mərhələlərində kiçik detallara əməl etmək lazımdır.

Əgər sadalanan səhvlər arasında sizə tanış olanları varsa – birmənalı şəkildə güc sərf edərək bu səhvlərdən xilas olmalısınız.

Photoshop interfeysinin daha çox fişkaları barəsində öyrənin – elə indicə Kompüter Qrafikası və Dizaynın tədrisinə yazılın.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun