Bakı, Koroğlu Rəhimov, 70

Peşəkar fotoqrafiya üzrə seminar keçirildi

Şənbə günü STEP IT Academy-də “Peşəkar rəqəmsal  fotoqrafiya” kursu üzrə seminar keçirildi. Bu seminarda janr kimi fotoqrafiya, necə düzgün kamera seçməli, həmçinin fotoqrafiyanın məşhur janrları – portret, sənaye fotosu və art-fotoqrafiya mövzuları işlənmişdir.

Seminarı STEP IT Academy-nin müəllimi Çingiz Səmədzadə apardı. Peşəkar fotoqraf, Azərbaycan Rəssamlar İttifaqının üzvü, xaricdə və ölkəmizdə çoxsaylı foto-sərgilərin iştirakçısı Çingiz Səmədzadə seminarın əvvəlində fotoaparatın yaranma tarixindən danışdı və tədbirin gedişində fotoçəkilişlər dünyasından maraqlı faktları seminar iştirakçıları ilə bölüşdü. Çingiz Səmədzadə əyani olaraq fotoaparatları nümayiş etdirməklə, yeni aparat almaq istəyənlərə önəmli məsləhətlər verdi. Seminarın sonunda isə öz işləri əsasında portret, art-foto və sənaye fotosu üslublarında fotoçəkilişlərin incəliklərindən bəhs etdi.

Bu seminarla əlaqədar Akademiyaya çoxlu qonaqlar gəlmişdi ki, onların əksəriyyəti  seminar ərzində natiqə özləri üçün maraqlı olan suallar verdilər.

Tədbirin sonunda iştirakçılara STEP IT Academy-dəki yeni fotoqrafiya kursu haqqında məlumat verildi.

Üç ay davam edəcək kursda fototexnika ilə işləmə qaydalarını, fotoçəkiliş janrları və üslublarını, Adobe Photoshop proqramının köməyi ilə fotoların işlənməsini, fotoşəkillərin korreksiyasını öyrənəcəksiniz.

Kursun texniki hissələrində portretlərin, peyzajların və natürmort təsvirlərinin yaradılması üçün peşəkar fotoqrafiya avadanlıqları işləməyi, eyni zamanda da bu sahəyə aid terminlərlə tanış olub, onları tətbiq etməyi öyrənəcəksiniz. Bundan əlavə fotoqrafiya və studiya avadanlıqlarına aid texniki terminləri də öyrənməklə Siz artıq peşəkar fotoqraf kimi işləyə bilərsiniz.

Kursun mövzuları:

  • DSLR tipləri.
  • Kameranın optik sistemi
  • Abberasiyalar.
  • Təsirlər. ISO, diafraqma, çaxmaq sürəti, ağ rəngin balanslaşdırılması.
  • Pixel & Matrix. RAW-fayllar.
  • Ekspozisiya növləri.
  • HighSync Flash Systems.
  • Studiya işıqlandırılması. PhotoStudio proqramı ilə iş.
  • Portretlər. Ağ-qara fotolar.
  • Natürmort və fotoqrafiya.
  • HDR.
  • Adobe Photoshop vasitəsi ilə şəkillərin işlənməsi.
  • Şəxsi protfolionun yaradılması.

Cədvəl: həftədə iki dəfə (həftədə 8 akademik saat)

Kursun qiyməti: 700 AZN

Qeyd edək ki,  STEP IT Academy hər həftə bir çox maraqlı və maarifləndirici tədbirlər keçirməklə, bütün arzu edənləri İT texnologiyalar sahəsi ilə tanış edir. Akademiyanın rəhbərliyi bu sahədə maraqlı olan mütəxəssisləri öz təcrübələrini hamı ilə paylaşmaq üçün dəvət edir. İT-də peşəkar olmaq istəyənlər üçün isə Akademiya 3 əsas ixtisası təqdim edir:

  • Kompüter qrafikası və dizayn
  • Proqramlaşdırma
  • Şəbəkələr və kibertəhlükəsizlik

Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.

STEP IT Academy-də 15 yaşdan 55 yaşadək olan şəxslər təhsil ala bilərlər. Bundan əlavə, STEP IT Academy çərçivəsində böyüyən nəsil (9-14 yaş) üçün kiçik kompüter akademiyası fəaliyyət göstərir.

Qeyd edək ki, STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 18 ölkəsində 66 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər.

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun