Bakı, Koroğlu Rəhimov, 70

Oturmaq və gözləmək – bu, çox böyük israfçılıqdır

Çox zaman biz nəyisə sonraya saxlayırıq. Prioritetlər qururuq və budur bizə elə gəlir ki, bütün həyatımız planlaşdırılmışdır və hər şey öz axarı ilə gedir, lakin biz hər şeyi təkrar sonraya saxlayırıq. Sonra, bir az sonra. Təki heç nə etməyək. Bir çox bəhanələr tapırıq – vaxt yoxdur, pul çatmır, indi zaman belədir. Son illərin ən yaxşı bəhanəsi isə budur – indi zaman belədir, dövlətdə müharibədir. Bəli, eybi yoxdur, mən burada əyləşib dəyişikliklərin baş verməsini gözləyərəm. Həyat öz – özünə həll olunacaq və yaxşı dövr gələcək. Bax, o zaman yaşasaq – onda. Hələ ki, bir az da gözləyərəm.

“Bir çox insanlar 25 yaşında ölürlər, qəbirə isə ancaq 75 yaşında düşürlər”

Benjamin Franklin.

Bu sözsüz ki, kobud səslənir, lakin həqiqətdir. Anlamı ondan ibarətdir ki, bəzi insanlar həyata digərləri qarşısında – əsl həyat qarşısında məşq kimi yanaşırlar. Bax o həyat – olmayacaq. Sizin əsl həyatınız öz əlinizdədir və onu necə yaşayacağınız yalnız Sizin özünüzdən asılıdır. Taleyinizdən qisas almaq baş tutmayacaq və bunu hələ başlanğıcda ikən dərk etməyiniz vacibdir. İndi, bu gün yaşamaq lazımdır. Sevincli emosiyalar keçirmək, səyahət etmək, yenilikləri dərk etmək, insanlarla tanış olmaq, sevimli işləriniz ilə məşğul olmaq və pul qazanmaq lazımdır.

“Bədən ilə divan arasında dollar uçmayacaq”.

Bill Qeyts – Microsoft şirkətinin təsisçisi.

Nə qədər qəribə də olsa Bill haqlıdır, axı pul geniş anlamda bizim qlobal bazara olan münasibətimizdə bizim adekvatlığımızın ölçüsüdür. Sadə dildə desək – əgər Siz bazar üçün vacib olan məhsulları və ya xidmətləri bazara çıxarsanız, bazar sizə pul ödəyəcək. Götürək, misal üçün, professional proqrammisti – onun 35 yaşı vardır, stabil yüksək ödənişli işi və onlarla şəxsi layihələri vardır. Onlardan bəziləri real gəlir gətirir, bəziləri isə ziyana işləyir və ya heç bir gəlir gətirmir. Bəs fərq nədədir? Gəlirli və ziyanlı layihələr arasındakı fərq ondan ibarətdir ki, gəlirli olanlar insanlara lazımdır, mənfiyə işləyənlər isə – yox. Lakin nəyin işləyəcəyini, nəyin işləməyəcəyini anlamaq üçün, hansısa məhsulu istehsal etməyi və ya xidmət göstərməyi öyrənmək lazımdır.

“Qənaət etmək lazım deyil – daha çox qazanmaq lazımdır”

Müəllif naməlumdur.

Pulumuz çatışmayan zaman biz nə edirik – bir qayda olaraq, qənaət etməyə başlayırıq. Bu yanaşma kökündən yalnışdır və yalnız tənəzzülə  yardım edir. Bə necə edək? Qazanmağa necə başlamaq lazımdır? Sınamaqdan və təcrübələr aparmaqdan, dəyişikliklər etməkdən və şəxsi biznesinizi qurmaqdan qorxmayın. Proqres və inkişaf hərəkət olan zaman həmişə əl – ələ gedirlər. Hərəkətsizlik yalnız tənəzzülə, minimum olaraq durğunluğa səbəb ola bilər. Bir sözlə, hərəkət edin, sınayın, yaxşı alınan və gəlir gətirən hər bir şeyi isə ideal səviyyəyə çatdırın və yenə də hərəkət edin.

“Uğurlu insanlar hər zaman cəld hərəkət edirlər”

PetrOsipov

Siz heç olubmu ki, əldən çıxan gəlir anlayışı barəsində düşünəsiniz? Nə vaxtsa əsas fəaliyyətlərdən çəkinərək, imtina etdiyiniz zaman nə qədər pul itirmisiniz. Gəlin birlikdə hesablayaq. Misal üçün, 30-40 yaşında Siz dərk etdiniz ki, həyatınızda nəyisə dəyişməyin zamanıdır və proqrammist professiyasını mənimsəmək qərarına gəldiniz. İnternetdə videoya baxdınız, bir neçə kitab yüklədiniz, tam təhsil almaq istədiniz, lakin heç cürə vaxt tapa bilmirsiniz. Bu fikrinizdən yayındınız və müntəzəm həyat yaşamağa və dəyişiklik gözləməyə davam etdiniz. İndi isə vəziyyətə digər tərəfdən baxaq – Siz təhsil almaq qərarına gəldiniz və bunu etdiniz, Step İT Akademiyasına daxil oldunuz. 2,5 ilinizi və pulunuzu sərf etdiniz. Təhsil aldıqdan sonra bir il ərzində, uyğun iş tapdınız və ya öz şəxsi studiyanızı qurdunuz, təhsilə sərf etdiyiniz pul vəsaitini götürdünüz, Avropaya istirahətə getdiniz, yaxşı bir rayonda təmirli mənzili kirayə götürdünüz və yeni avtomobil üçün  ilkin ödəniş etdiniz.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun