Bakı, Koroğlu Rəhimov, 70

Onlayn-marketdə alış veriş üçün nə etmək lazımdır?

Əziz tələbələrimiz

Onlayn mağazamızdaki məhsullara olan həvəsinizi, hiss etmişik. Akademiyaya və mağazada sizin üçün yerləşdirdiyimiz hədiyyələrə marağınızı görüb çox sevinirik!

Sizə MyStat-da qazana biləcəyiniz valyuta haqda məlumat vermək istəyirik. İlk növbədə qeyd etmək lazımdır ki onlayn mağazamız sizin təhsilə motivasiyanızı artırmaq üçün və daha yaxşı oxumağınız üçün yaradılıb.

İndi isə kristallar və sikkələr haqda daha ətraflı:

Kristallar sizin akademiyadaki aktivliyinizin göstəricisidir. Daha çox kristal qazanmaq üçün nələr etmək lazımdır:

  • Dərslərə gəlmək (+1 kristal)
  • Laborator işlərini və ev tapşırıqlarını vaxtı vaxtında təhvil vermək (+1 kristal)
  • Dərslərdə göstərdiyiniz aktiv iştirakınıza görə də kristal qazanmaq mümkündür (müəllimin qərarından asılı olaraq 1 kristaldan 3 kristalla qədər)

Sikkələr isə sizin müvəffəqiyyətinizin göstəricisidir. Daha çox sikkə qazanmaq üçün nələr etmək lazımdır:

  • Laborator işlərini və ev tapşırıqlarını yerinə yetirmək
  • Dərslərdə aktiv iştirak etmək
  • Yoxlama işlərini və yekun testləri yerinə yetirmək

Bu bəndlər üzrə sizə qiymətlər yazılır. Qiymətlərdən asılı olaraq isə 1 sikkədən 5 sikkəyə qədər sizin hesabınıza avtomatik olaraq köçürülür.

Beləliklə 8 baldan 12 bala qədər qiymət aldırda siz aşağıda qeyd olunmuş sayda sikkə qazana bilərsiniz.

  • +5 – 12 bal aldıqda
  • +4 – 11 bal aldıqda
  • +3 – 10 bal aldıqda
  • +2- 9 bal aldıqda
  • +1 – 8 bal aldıqda
  • +1 – vaxtı keçdikdən sonra ev tapşırığı və ya laborator işini təhvil verdikdə

7 baldan aşağı qiymət alanlara sikkə köçürülmür.

Naliyətlər (nişanlar) isə yalnız bir dəfə qazana biləcəyiniz şeydir. Onlar ballara və ya reytinqə təsirini göstərmirlər.  

Naliyyətləri aşağıdakılara görə almaq mümkündür:

  • fasiləsiz 5 dəfə ard arda dərsə gələndə
  • fasiləsiz 10 dəfə ard arda dərsə gələndə
  • fasiləsiz 20 dəfə ard arda dərsə gələndə
  • gecikmədən 5 dəfə dərsə gələndə
  • gecikmədən 10 dəfə dərsə gələndə
  • gecikmədən 20 dəfə dərsə gələndə
  • Müsabiqədə iştiraka görə
  • Akademiya haqda rəy və ya post yerləşdirdikdə
  • Akademiyada təhsil almaq üçün dostunuzu gətirəndə
  • MyStat-da profilinizi tam olaraq doldurduqda: kontakt, telefon, və sosial şəbəkələrə keçidər
  • Step IT Academy-nin köynəklərində Akademiyaya gəldikdə
  • Sorğuda iştiraka görə

Başa düşdüyünüz kimi daha çox kristall və sikkə qazanmaq üçün daha çox çalışmaq və oxumaq gərəkdir!

Bu çətin işdə sizə uğur arzulayırıq, səbrili olun inkişaf üçün imkanlar sonsuzdur. Ruhdan düşməyin!

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun