STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

STEP Kiçik Kompüter Akademiyasında növbəti məzun günü baş tutdu

Dekabrın 4-ü STEP IT Academy-də Kiçik Kompüter Akademiyasının növbəti məzunları üçün təntənəli mərasim keçirildi. Beş illik təhsildən sonra onlar 20 ölkədə fəaliyyət göstərən STEP IT Academy-nin beynəlxalq diplomunu aldılar. Xatırladaq ki, bu tələbələr, Kiçik Akademiyaya 9-11 yaş arası qruplar çərçivəsində qəbul olunmuşdur. Bu təhsil forması 5 il davam edir.

 

 

STEP IT Academy-nin direktoru Aleksey Sleptsov məzunlarını təbrik etdi. O qeyd etdi ki, Akademiyanın verdiyi əsas dəyər diplom deyil, təlim zamanı əldə olunan bilik və bacarıqlardır. 

 

"Gələcək peşəniz IT ilə birbaşa əlaqəli olmasa belə, 21-ci əsrdə heç bir ixtisas kompüterlər və informasiya texnologiyaları olmadan mövcud ola bilməz və siz artıq rəqəmsal liderlərə çevrilmisiniz" deyə Aleksey Sleptsov qeyd edib.

 

 

Təqdimat mərasimi zamanı uşaqlar müəllimləri üçün sürpriz videolar təqdim etmişdilər və dəyərli bilik və səbrlərinə görə onlara təşəkkürlərini bildirmişdilər. 

 

STEP Kiçik Akdamiyasının ilk məzunlarını ürəkdən təbrik edir və bütün işlərində böyük uğurlar diləyirik. Uğurlar!

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti