STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

Veb Front-End ixtisası üzrə növbəti məzunlar diplom aldı

Bu günlərdə STEP IT Academy-də “Veb layihələrin yaradılması və dizaynı” üzrə məzunlara diplomların təntənəli mükafatlandırılması baş tutdu. Bir il sonra onlar dünyanın 20 ölkəsində fəaliyyət göstərən STEP IT Academy-nin beynəlxalq diplomunu əldə etdilər.

 

Çıxış nitqində STEP IT Academy-nin Azərbaycandakı filialının rəhbəri Aleksey Sleptsov qeyd etdi ki, bu gün diplomların verilməsi sadəcə bir formallıqdır, belə ki, məzunların əksəriyyəti artıq işlə təmin olunublar.

 

O, məzunlara müraciət edərək bildirdi: – “O kəslər ki, hələ iş tapmayıb, şübhə etmirəm ki, yaxın vaxtlarda buna nail olacaqlar, belə ki, Azərbaycanda veb-tərtibatçılara tələbat çox böyükdür”.

 

Qeyd edək ki, Akademiyada təhsil almış məzunlar həm yerli, həm də beynəlxalq bazarın tələblərinə cavab verən mütəxəssislərdir. Həmçinin diqqət edilməli digər məqam odur ki, təhsil proqramı dövlət kurrikulum sisteminin tələblərinə uyğun olub, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

 

Məzunlara diplomlarını Akademiyanın direktoru və tədris prosesinin koordinatoru Pərvanə Sadiqova təqdim etmişdir.

 

 

Həmçinin təqdirəlayiq haldır ki, Akademiya Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayır və tələbələrin əksəriyyəti artıq təhsil müddətində iş yerləri tapırlar. Belə ki, müxtəlif şirkətlərin nümayəndələri diplom işlərinin müdafiəsində, imtahanlarda, həmçinin diplomların təqdim edilməsi tədbirlərində iştirak edir, tələbələrə əməkdaşlıq haqqında təkliflər edir və şirkətləri üçün dəyərli kadrlar əldə edirlər.

 

Yada salaq ki, IT -də peşəkar olmaq istəyənlər üçün isə Akademiya 3 əsas ixtisas üzrə təhsil almaq imkanı təklif edir:

  1. Kompüter qrafikası və dizayn
  2. Proqramlaşdırma
  3. Şəbəkələr və kibertəhlükəsizlik

 

Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.

STEP IT Academy-də 15 yaşdan 55 yaşadək olan şəxslər təhsil ala bilərlər. Bundan əlavə, STEP IT Academy çərçivəsində böyüyən nəsil (9-14 yaş) üçün kiçik kompüter akademiyası fəaliyyət göstərir.

 

Qeyd edək ki, STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 20 ölkəsində 70 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər.

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti