STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

STEP IT Academy və Enginet şirkəti tələbələrə “İnternet şəbəkəsi xidmət təminatçısının gözü ilə” adlı seminar təşkil etdi

Innovativ fiberoptik telekommunikasiya xidmətlərinin təminatçısı olan Enginet və Azedunet şirkətlərinin peşəkar işçi heyəti STEP IT Academy tələbələrinə “İnternet şəbəkəsi xidmət təminatçısının gözü ilə” adlı seminar keçirib.

 

Seminarda STEP IT Academy informasiya texnologiyaları sahəsində təhsil alan 100-dən çox tələbəsi iştirak etdi. Böyük maraqla qarşılanan tədbirin giriş hissəsində tələbələrə Enginet şirkətinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirildi ki, hazırda ölkənin paytaxt və bir sıra regionlarında Enginet şirkəti “Birlink” brendi altında bir fiber optik xətt (link) üzərindən çoxsaylı telekommunikasiya xidmətlərini yüksək keyfiyyətlə təqdim edirək, bu sahədə uğurla addımlayır və inkişaf edir.

 

 

Daha sonra Azedunet şirkətinin icraçı direktoru Renat Vitkalov “İnternet şəbəkəsinin əsas anlayışları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda dünyanın global şəbəkəsi olan internetin ölkəmizdə mövcud vəziyyəti və gələcəkdə inkişafı barədə ətraflı məlumat verilib. Şirkətin digər nümayəndələri isə server otaqlarının saxlama qaydaları, yerli və xarici provayderlərinin şəbəkənin qurulmasında istifadə etdikləri internet protokol və standartları haqqında təqdimatlarla çıxış etdilər.

 

 

Tədbirin praktiki hissəsində iştirakçılara optik liflərin lehimləmə prosesi nümayiş olunub. Xüsusi marağa səbəb olan master klasda,  Enginet şirkətinin nümayəndə heyəti tələbələrlə optik kabelin quruluşu və növləri, onun lehimləmə işlərinə hazırlığı və prosesin son nəticəsini göstərməklə, bu sahədə peşəkar təcrübələri ilə bölüşdülər.

 

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti