STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

LANDAU School və STEP IT Academy arasında əməkdaşlıq haqda müqavilə imzalanıb.

Memorandumu LANDAU School-un icraçı direktoru Timur Leznik və STEP IT Academy-nin direktoru Oleksii Slieptsov məktəbin “Bayıl” korpusunda imzalayıblar. 

 

Sənəd informasiya-kommunikasiya texnologiyaları və digər qarşılıqlı maraq dairəsində olan layihələrin tərtibatı və icrasını nəzərdə tutur. Müqavilə əsasında 2021-ci ilin Sentyabr ayından etibarən LANDAU School-un IT üzrə dərslərini STEP IT Academy tərəfindən təqdim olunmuş mütəxəssislər kurrikulum əsasında tədris edəcəklər. Dərs gününün sonunda isə məktəblilər STEP IT Academy-nin müntəzəm dərslərinə elə LANDAU School-un binasından qoşula biləcəklər. 

 

 

T.Leznik müasir qloballaşan dünyada kompüter texnologiyalarının rolunun artdığını qeyd edərək, distant təhsilə keçiddə rəqəmsal platformaların əhəmiyyətini vurğuladı.

 

Timur Leznik bildirdi ki, "pandemiya və onun nəticəsi olaraq onlayn təhsil, əlverişli öyrənmə atmosferini təmin etmək üçün informasiya və kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinə, mümkün problemlərin aradan qaldırılmasına və qarşısının alınmasına ehtiyac olduğunu göstərdi. STEAM-təhsil həyata keçirən bir məktəb olaraq, kompüter texnologiyaları sahəsində əməkdaşlıq, tələbələrimizin  bu sahədə bililərini artırmaq da bizim üçün prioritetdir. İnanıram ki STEP IT Academy ilə əməkdaşlığın genişləndirilməsi buna qatqı təmin edəcək. "

 

Oleksii Slieptsov isə bildirdi ki, “STEP IT Akademiyasında təlim baxımından yüksək standartlar qoyacaq bir ortaq məktəbi axtarışında uzun bir yol keçmişik. LANDAU School ilə tanış olduqdan sonra tələbələrin proqramımızın öhdəsindən problemsiz gələ biləcəyinə əmin olduq və tərəfdaşlığımızın təkcə Azərbaycanda deyil, bütün dünyada İT sahəsinin inkişafına xidmət edəcəyinə sevinirik. "

 

LANDAU School, Bakı şəhərində yerləşən, təhsilin Azərbaycan, ingilis və rus dillərində aparıldığı özəl orta məktəbdir. Məktəbin İngilis bölməsində dərslər Böyük Britaniya kurrikulumuna əsasən aparılır - Edexcel Pearson proqramı; IGCSE və A-Level. Məzun olduqdan sonra isə şagirdlər milli attestat da daxil olmaqla 2 attestat alırlar.

 

STEP IT Academy 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 20 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

 

 

 

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti