STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

GoldenPay və STEP IT Academy arasında əməkdaşlıq barədə memorandum imzalanıb

Azərbaycanın onlayn ödəmə bazarında ən böyük şirkət olan GoldenPay və STEP IT Academy arasında tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb. GoldenPay tərəfindən memorandumu idarə heyətinin sədri sədri Naina Mehdiyeva, Akademiya tərəfdən isə direktor Aleksey Sleptsov imzaladı.

 

GoldenPay və STEP IT Academy arasında memorandumun imzalanması informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsilin davamlı inkişafı, İKT sahəsində maarifləndirici proqramların icrası, elm, təhsilə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımı üçün əhəmiyyətli şərait yaradır.

 

Razılaşma çərçivəsində GoldenPay nümayəndələri müvəffəqiyyətli tələbələri təcrübəyə və işə cəlb etmək məqsədilə tələbələrin təhsil prosesində və imtahanlarında da iştirak edə bilərlər. Sənəd eyni zamanda seminar, konfrans və digər birgə tədbirlərin təşkilində ekspert və analitik dəstək verilməsini tənzimləyir.

 

GoldenPay ASC Fəaliyyətə başladığı gündən bu yana yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir.

 

STEP IT Academy 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 20 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

 

Qarşılıqlı əməkdaşlıq gənclərin inkişafı və təhsilin təşviqi üçün yeni imkanlar yaradacaqdır.

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti