Dizaynerlərin ilk məzun günü baş tutdu!
25.01.2020
Bu günlərdə STEP IT Academy-də “Kompüter Qrafikası və Dizayn” ixtisası üzrə məzunlara diplomların təntənəli mükafatlandırılma mərasimi baş tutdu. İki il yarımlıq təhsildən sonra onlar dünyanın 20 ölkəsində fəaliyyət göstərən STEP IT Academy-nin beynəlxalq diplomunu əldə etdilər.
Dizaynerlərlə yanaşı Akademiya növbəti bir illik “Web Front-End” kursunun növbəti məzunlarına da diplomları təqdim etdi. Qeyd edək ki bu Akademiyanın artıq səkkizinci gənc web-proqramçı buraxılışıdır.
Açılış nitqi ilə Akademiyanın direktoru Aleksey Sleptsov çıxış etdi. O tələbələri təhsillərini müvəffəqiyyətlə bitirməkləri münasibəti ilə təbrik etdi. Bundan sonra müəllimlər və Akademiyanın heyəti məzunlara diplomlarını təqdim etdi.
Həmçinin təqdirəlayiq haldır ki, Akademiya Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayır və tələbələrin əksəriyyəti artıq təhsil müddətində iş yerləri tapırlar. Belə ki, müxtəlif şirkətlərin nümayəndələri diplom işlərinin müdafiəsində, imtahanlarda, həmçinin diplomların təqdim edilməsi tədbirlərində iştirak edir, tələbələrə əməkdaşlıq haqqında təkliflər edir və şirkətləri üçün dəyərli kadrlar əldə edirlər.
Yada salaq ki, İT-də peşəkar olmaq istəyənlər üçün isə Akademiya 3 əsas ixtisas üzrə təhsil almaq imkanı təklif edir:
- Kompüter qrafikası və dizayn
- Proqramlaşdırma
- Şəbəkələr və kibertəhlükəsizlik
Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.
STEP IT Academy-də 15 yaşdan 55 yaşadək olan şəxslər təhsil ala bilərlər. Bundan əlavə, STEP IT Academy çərçivəsində böyüyən nəsil (9-14 yaş) üçün kiçik kompüter akademiyası fəaliyyət göstərir.