STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

2021 Yay Kompüter Düşərgəsinə qəbul açıq elan olunur!

Əziz tələbələr və valideynlər!

 

Artıq ənənəyə çevrilmiş Yay Kompüter Düşərgəsinə qəbul açıq elan olunur! Bu dəfə seçiminizi daha geniş və sərfəli etmişik. Bu il sizlərə iki növ düşərgə təqdim edirik: Tam günlük düşərgə (Dərnəgül korpusu) və Yarım günlük düşərgə (City Point korpusu).

 

Yarım günlük düşərgədə zamanı uşaqları nələr gözləyir:

  • STEP Kiçik Kompüter Akademiyasının müəllimlərindən seçdiyiniz istiqamət üzrə maraqlı və əyləncəli dərslər

  • Meyvə suyu, çay və qəlyanaltılar

 

Tam günlük düşərgədə isə:  

  • STEP Kiçik Kompüter Akademiyasının müəllimlərindən seçdiyiniz istiqamət üzrə maraqlı və əyləncəli dərslər

  • Meyvə suyu, çay və qəlyanaltılar

  • Dadlı nahar yeməyi
  • Stolüstü oyunlar və yaxud akademiyanın idman zalında aktiv idmanla məşğul olmaq imkanı
  • Gün boyu qruplara nəzarət edən bələdçi

 

Düşərgədəki istiqamətlər: 

  • Robototexnika (11-14 yaş): Övladınızın "Transformerlər" filminə necə heyranlıqla baxdığını xatırlayın. Robototexnika dərslərində o, Lego və ya Arduino əsasında öz şəxsi xeyirxah robotunu düzəldə və idarə edə biləcək!

  • Oyun yaradılması (12-14 yaş): Bizim təcrübəli təlimçilərimiz uşaqlara 2D və 3D dünyaları yaratmağı və öz oyunlarını tərtib etməyi öyrədəcəklər. Onlar yeni kompüter yaradıcılığı dünyasını kəşf edəcəklər. Bu dünya onların yeni hobbisi və ya yeni peşəyə doğru yolda ilk addımları ola bilər.

  • Blogging: YouTube, TikTok, Instagram (10-14 yaş): Övladınız öz blogunu açmağı arzulayır? Bizdən əldə etdiyi kamera sənəti dərsləri bu işdə ona kömək edəcəkdir. Uşaqlar video bloqlarını ssenariyə əsasən çəkəcək, özlərini blogger rolunda sınayacaqlar. Postproduction və Hollywood xüsusi effektlərini də əlavə etməyi öyrənəcəklər.
     

 

Düşərgə növbələri:

I növbə: 21.06.2021 - 04.07.2021
II növbə: 05.07.2021 - 18.07.2021 
III növbə: 19.07.2021 - 01.08.2021 
IV növbə: 02.08.2021 - 15.08.2021 

 

Yay düşərgəsində uşaqlar STEP IT Academy-nin təcrübəli təlimçilərinin rəhbərliyi altında müxtəlif kompüter ixtisaslarında özlərini sınayacaqlar. Rahat, xüsusi təchiz olunmuş auditoriyalar, konfrans zalı və dizayn studiyaları uşaqları gözləyir. Övladınıza inanılmaz informasiya texnologiyaları dünyasını bəxş edin! Qeydiyyat üçün Yay Kompüter Düşərgəsinin səhifəsinə keçid edib qeydiyyatdan keçin!

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti