STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

IT mütəxəssislərin sayı artdı – STEP IT Academy-də növbəti məzunlar diplomlarını aldı

IT mütəxəssislərin sayı artdı – STEP IT Academy-də diplomlar təldif edildi

Bu günlərdə STEP IT Academy-də “Web Front-End” ixtisası üzrə təhsil alan 4-cü çağırış və “Java üzrə Proqram Təminatının Yaradılması” ixtisası üzrə təhsil alan 3-cü çağırışın tələbələri təntənəli şəkildə diplom ilə təltif olundular. Bir il sonra, dünyanın 19 ölkəsində fəaliyyət göstərən STEP IT Academy-nin beynəlxalq diplomlarını aldılar.

Açılış nitqi ilə Akademiyanın direktoru Aleksey Sleptsov çıxış etdi. O tələbələri təhsillərini müvəffəqiyyətlə bitirməkləri münasibəti ilə təbrik etdi. Bundan sonra müəllimlər və Akademiyanın heyyəti məzunlara diplomlarını təqdim etdi.

Qeyd edək ki, Akademiyada təhsil almış məzunlar həm yerli, həm də beynəlxalq bazarın tələblərinə cavab verən mütəxəssislərdir. Həmçinin diqqət edilməli digər məqam odur ki, təhsil proqramı dövlət kurrikulum sisteminin tələblərinə uyğun olub, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Həmçinin təqdirəlayiq haldır ki, Akademiya Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayır və tələbələrin əksəriyyəti artıq təhsil müddətində iş yerləri tapırlar. Belə ki, müxtəlif şirkətlərin nümayəndələri diplom işlərinin müdafiəsində, imtahanlarda, həmçinin diplomların təqdim edilməsi tədbirlərində iştirak edir, tələbələrə əməkdaşlıq haqqında təkliflər edir və şirkətləri üçün dəyərli kadrlar əldə edirlər.

Yada salaq ki, İT-də peşəkar olmaq istəyənlər üçün isə Akademiya 3 əsas ixtisas üzrə təhsil almaq imkanı təklif edir:

1)     Kompüter qrafikası və dizayn

2)     Proqramlaşdırma

3)     Şəbəkələr və kibertəhlükəsizlik

Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.

STEP IT Academy-də 15 yaşdan 55 yaşadək olan şəxslər təhsil ala bilərlər. Bundan əlavə, STEP IT Academy çərçivəsində böyüyən nəsil (9-14 yaş) üçün kiçik kompüter akademiyası fəaliyyət göstərir.

Qeyd edək ki, STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 19 ölkəsində 66 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər.

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti