Bakı, Koroğlu Rəhimov, 70

VEB – tərtibat: Fron-tend, Back-end və FullStack tərtibatçıları kimlərdir?

Brauzerin yeni əlavəsini açın, lazım gələn saytın ünvanını yığın, Enter klavişini basın. Sayt dərhal yüklənir. Yaxşı qurulmuş səhifələr anlaşılır, vizual tərtib olunan səhifələr isə təəssürat yaradır, sadədir və anlaşılan naviqasiyadadır.

Bütün bunları kim yaradıb? VEB – tərtibatçı.

Birinci sayt 1991 – ci ilin 6 Avqust tarixində yaranmışdır, bu gün isə onların sayı milyardlarladır. VEB – tərtibatçı hər bir saytı qurur, analiz edir və dəstəkləyir.

Sayt – istənilən rəqabət qabiliyyətli biznesin vacib komponentidir. VEB – tərtibatının tendensiyaları və xüsusiyyətləri hər mövsüm dəyişir və VEB – tərtibatçılarının işi hər zaman çoxdur.

Bəs necə anlayaq, kim nə ilə məşğuldur və kimdən öyrənmək lazımdır? VEB – tərtibat ilə məşğul olan insanlar çoxdur. Front-end, Back-end, Full Stack VEB – tərtibatçıları onlara aiddir. Səthi olaraq HTML, JavaScript və ya Python barəsində maraqlanırsınızmı? VEB – tərtibatda nəyin niyə görə olduğunu anlamağın tam zamanıdır. İş vaxtı və saytın yaradılması zamanı kim nəyə cavabdehdir.

Front-end tərtibatçı

İstifadəçilər saytın yalnız Front – end tərtibatçılarının işləyib hazırladıqları hissəsini görür və orada qarşılıqlı fəaliyyətdə olurlar. İstifadəçinin saytda gördüyü hər bir şey, şriftdən, fondan, açılan menyudan tutmuş, HTML, CSS və JavaScript – in köməyi ilə yaradılan slayderlərə kimi hər bir şey istifadəçinin kompüterində quraşdırılmış brauzer ilə nəzarət olunur.

Biliklər və alətlər

Fron – end tərtibatçısı istifadəçinin saytın gördüyü “sima”sını yaradır. O, istifadəçilərin sayt ilə qarşılıqlı əlaqə təcrübəsini nəzərə alır. İstifadəçinin hər bir şeydən razı qalması və sayt ilə necə işləmək lazım olduğunu bilməsi üçün, tərtibatçı HTML, CSS və JavaScript proqramlaşdırma dilini bilməli, habelə Bootstrap, AngularJS çərçivələri, jQuery kitabxanaları və səhifəni yükləmədən serverə müraciət etməyə imkan verən Ajax texnologiyaları ilə işləməyi bacarmalıdır, bu isə canlı axtarış, interfeys elementləri, saytların dinamiki yüklənməsidir.

Hətta demək olar ki, əgər İnternet – saytı bina kimi təsəvvür etsək, Back – end tərtibatçısının üzərində işlədiyi saytın xarici görünüşünə, fasadına Front – end tərtibatçısı cavabdehdir.

Front – end tərtibatçısı dizaynerlər və UX – analitikləri ilə birlikdə saytın üzərində işləyirlər. O digər tərtibatçı komanda ilə ünsiyyət qurmalıdır ki, biznesin məqsədlərini və tələblərini daha yaxşı anlasın və sonra biznesin məqsədlərinə ən yaxşı uyğun gələcək həll yolları təklif etsin.

SizinStep İT Akademiyasında gördüyünüz hər bir şey Front – end tərtibatçıları tərəfindən yaradılmışdır. Dizayner loqotip ilə qrafikanı yaratmış, fotoqraf fotoqrafiyaları təqdim etmiş, kopirayter mətn düşünmüş, Front – end tərtibatçısı isə hamısını birlikdə toplamış və VEB dilinə çevirmişdir.

Back—End Developer

Beləliklə, saytı işləməyə nə vadar edir? Əsas məlumatlar, qeydiyyat, istifadəçilərin alış sifarişləri və geriyə zəng bildirişləri haradadır və harada toplanır? Saytın back – end hissəsi serverdən, əlavələrdən və məlumat bazalarından ibarətdir. Back – end tərtibatçısı saytın bütün komponentləri ilə idarə olunan texnologiyanı dəstəkləyir.

Back – end tərtibatçısının bilik və alətləri

Server və məlumat bazasının birlikdə işləməsi üçün, tərtibatçı PHP, Ruby, Python, Java, və ya .Net, MySQL, Oracle и SQLServer alətləri kimi serverin proqramlaşdırma dilindən istifadə edir.

Back – end tərtibatçısı vakansiyasının təsviri zamanı çox vaxt PHP çərçivələri, misal üçün Git kimi kontrol versiyalı sistemlər ilə iş təcrübəsinə rast gəlmək olur.

İşə başlamazdan əvvəl, tərtibatçılar biznes – analitiklər və layihənin steykholderləri ilə ünsiyyət qururlar ki, onların konkret tələblərini anlasınlar və onların bütün texniki tələblərini sayta köçürsünlər və ən yaxşı həll yollarını və arxitekturanı seçsinlər.

İstifadəçi sayt üzrə yerdəyişməyə başlayan zaman, server kompüterə məlumat ötürür ki, bu lazımi səhifədə əks olunur. Siz Step İT Akademiyasının bloqunu oxuyursunuz, deməli Akademiyanın saytında “Bloq” düyməsini basaraq, WEB – tərtibatçı haqqında məqaləni seçirsiniz, məhz bu səbəbdən Siz hal – hazırda həmin səhifədəsiniz. Bu mürəkkəb bir proses – Back – end tərtibatçısının diqqətli işinin nəticəsidir.

FullStackDeveloper

Əsas ideya ondan ibarətdir ki, FullStack tərtibatçısı tam texnologiya  ilə Front – end və Back – end tərtibatçıları ilə çarpaz – funksional işləyir. FullStack tərtibatçısı ideyası bir neçə il bundan əvvəl Facebook şirkətində fəal inkişaf etməyə başladı.

Bəziləri deyir ki, saytın server və müştəri hissəsi ilə iş daha çox imkanlar açır. Lakin, bu iş çağırışsız deyildir. FullStack tərtibatçısı saytın həm server, həm də müştəri hissəsindən eyni dərəcədə yaxşı baş çıxarmalıdır.

Halbuki, belə bir fikir mövcuddur ki, iki sahədə eyni səviyyədə yaxşı olmaq çətindir, hansısa sahədə tərtibatşı daha yaxşı olacaq.

Alətlər və biliklər

Çox zaman FullStack tərtibatçısı saytın server hissəsində işləyir və FullStack tərtibatında çox bacarıqlı olur ki, bu da ona istifadəçi tərəfindən bütün məzmunun necə göründüyünə nəzarət etməyə imkan verir.

FullStack tərtibatçısının kompleksliyini təsvir etmək üçün, bəzi faktları nümunə çəkək. Xüsusi alətlərin çatışmaması, müştəridən və ya layihədən asılılıq. FullStack tərtibatçıları VEB – in necə işlədiyi barəsində təsəvvürləri və bilikləri olmalıdır: serverin quruluşu və konfiquryasiyası, CSS – nin köməyi ilə dizaynı canlandırmaq, JavaScript –də yazmaq. Bu alətlərdən istifadə edərək, tərtibatçı saytın müştəri və server hissəsini müəyyən edir və seçilmiş texnologiya ilə bağlı həllərin qəbul olunmasına görə cavabdehlik daşıyır. FullStack developer saytın işinə görə və saytda istifadəçinin başına gələnlərə görə cavabdehdir: yükləmə vaxtından onun strukturuna və interaktivliyinə qədər.

İstənilən tərtibatçının cavab verməli olduğu bir çox müəyyən tələblər mövcuddur, misal üçün, detallara xüsusi diqqətin yetirilməsi, cəld öyrənmə qabiliyyəti, yeni texnologiyalara maraq, problemlərin effektiv həlli və yaxşı kommunikativ biliklər, öz ideyalarını çatdırmaq bacarığı, arqument irəli sürmək, komandada olan digər tərtibatçılarla razılığa gəlmək.

Və, nəticə etibarı ilə, qeyd edək ki, son 10 ildə, WEB – tərtibatçılarına olan tələbat bütün ixtisaslar üzrə orta hesabla olan göstəricidən 20% daha çox artmışdır.

Step İT Akademiyasında tələbələr Front – end və Back – end tərtibatı üzrə biliklər əldə edirlər. Tələbələr Front – end ixtisasını seçə bilər, öz seçimini Back – end tərtibatı üzərində saxlaya və ya FullStack tərtibatçısı ola bilərlər.

Dərslər zamanı tələbələr tərtibat və veb – saytların yaradılması atmosferinə salınırlar. Onlar HTML, CSS, JavaScript, PHP, Ruby, Python, Java proqramlarını öyrənirlər ki, müxtəlif dövlətlərdə biznesə və istifadəçilərə yardım edən saytlar yarada bilsinlər.

Akademiyada müntəzəm olaraq aparıcı tərtibatçılar və İT – şirkətlərinin və kiçik studiyaların rəhbərləri ilə maraqlı görüşlər keçirilir. Akademiyada hər bir tələbə ingilis dilini də təkrarlayır, belə ki, ingilis dili dərsləri tələbələrə hədiyyə olaraq keçirilir. Siz ki, bilirsiniz, ingilis dili olmadan İT çətin olacaq? Akademiyanın tələbələri əsas texnologiyaları öyrəndikləri bir müddətdə, öz biliklərini hər bir İT – şirkətində tələb olunan lazımi səviyyəyədək qaldıra bilirlər.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun