Bakı, Koroğlu Rəhimov, 70

Nə üçün proqramçılar yenidən mühəndis olur?

“Parallels” şirkətinin vise prezidenti və həmin şirkət tərəfindən məlumat mərkəzləri  üçün reallaşdırılan Odin brendi məhsullarının baş arxitektoru Maksim Kuzkinin dediklərindən: “İndiki zamanda alətlərin mənimsənməsi ixtisaslar arasındakı sərhədləri poza biləcək qədər asanlaşıb. Gələcəkdə mütəxəssisləri ayırmaq mümkün olmayacaq: Javascript-proqramçı, Python-proqramçı, .Net-proqramçı. Bu, həmçinin ixtisaslarda da öz əksini tapacaq: frontend, bəkend.

Texnoloji əsasların, yəni istifadə etdiyiniz texnologiyanın qurulduğu bünövrənin öyrənilməsi gündən-günə öz aktuallığını artırır. Bəzən Javascript-proqramçısı TCP protokolu nədir sualına cavab olaraq bildirir ki, TCP bilgilərinin səviyyəsi çox aşağıdır və o, bu bilgilərə baş qoşmaq istəmir. Bu, çox qorxulu haldır.

Dediklərimə misal üzərində aydınlıq gətirmək istəyirəm. Brauzeri götürək. Javascript-proqramçısının HTML, HTTP protokolu, izolyasiya və krossdomen təhlükəsizliyi, SSL protokolu və sertifikatlara əsaslanmış təhlükəsizliyin nə olduğu haqqında müəyyən təsəvvürü olmalıdır. Bekendə gəldikdə isə onun verilənlər (данные) strukturunun necə təşkil olunduğunu anlaması vacibdir. İstənilən proqram əlavəsində söhbət mürəkkəb verilənlər strukturunun əks olunmasından və ya cədvəllərin birləşdirilməsindən gedəndə fronted birbaşa bəkendə bağlı olur. Verilənlərin təşkili və sorğu strukturunun yaradılması kimi əsas bəkend proseslərindən xəbəri olmayan frontend peşəkarının effektiv proqram əlavəsi yaratması çox mürəkkəbdir. Və əksinə, frontendə baş verənlərin mahiyyətini anlamayan insanın bakenddə düzgün APİ yaratması, üfüqi miqyaslamanın (горизонтальное масштабирование) mümkünlüyü haqqında əvvəlcədən qərar verməsi çox mürəkkəbdir.

Heç zaman köhnəlməyən əsas bilgilərə sahib olun!

İndi aldığınız bilgilər 5-10 ildən sonra öz aktuallığını itirəcək, yəni köhnələcək. Vaxtınızı istifadə etdiklərinizin mahiyyətini öyrənməyə sərf edin. Baza bilgiləri olmadıqda digər bilgilərə yiyənmək çox çətindir. Hətta öz işinizdə siz basa bilgilərindən istifadə etməsəniz və daha yuxarı səviyyələrdə işləsəniz belə. Kompüterin fiziki səviyyədə işləmə prosesini araşdırın. Avtomobilin idarə edilməsi onun necə və nəyin hesabına hərəkət etməsi və dönməsini bildikdə xeyli asan olur.

Strategiyamız əsası uzunmüddətli inkişafdırsa, baza biliklərinə yiyələnmək tətbiqi biliklərə yiyələnməkdən daha mühümdür. Step İT Akademiyasının tədris proqramı sizin gələcək inkişafınızın etibarlı əsası olacaq fundamental biliklər üzərində qurulmuşdur.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun