Bakı, Koroğlu Rəhimov, 70

Nə üçün kompüterin tədrisini aşağı siniflərdən başlamaq lazımdır?

Əgər uşaqlar üçün kompüter kursları oyun formasında aparılarsa, öyrənmək asandır. Dostlarının əhatəsində yenilikləri öyrənməkdən daha maraqlı nə ola bilər? Lakin gəlin, kompüter təhsilinin uşaqlar üçün niyə faydalı, perspektivli və maraqlı olmasını anlamaq üçün ardıcıl müzakirələr edək.

Sizin övladınızın peşəsi nə olacaq?

8 yaşlı uşaq artıq bilir ona nələr maraqlıdır və onun ürəyincə olan nələrdir. İnkişaf planı və təhsil seçimi nə qədər artıq olarsa, bir o qədər dəqiq olar.  Gələcək ixtisas seçimləri barəsində uşaqlar arasında aparılan sorğunun nəticəsində aşağıdakı qanunauyğunluqlar aşkar olunmuşdur:

Uşağın inkişafına, onun inkişaf surətinə və uğurlarına erkən seçimin təsiri vardırmı?

Əgər siz onun maraqlarını, bacarıqlarını və şəxsi keyfiyyətlərini, sosial mühitini, bazarın tələblərini düzgün qiymətləndirirsinizsə, bəli.

Digər tərəfdən, İT seçimi – orta seçimdir və uşağa bu və ya digər ixtisas üzrə yekun seçim etmək öhdəliyini yaratmır. Bu seçim daha çox gələcək mədəniyyətin, maddi stabilliyin, azadlığın və böyük karyera perspektivlərinin xeyrinədir.

Step Kiçik Kompüter Akademiyası həm yaradıcılıq, həm də təfəkkür sistemliyini  tələb edən İT mütəxəssislərinin əksəriyyəti üçün ümumi baza təmin edir. Təhsil prosesində uşaq (öz istedadından və maraqlarından asılı olaraq) özünü professional kimi gördüyü daha konkret sahələri müəyyən edəcək. Misal üçün, veb – dizayn, proqramlaşdırma və ya sistem administrasiyası.  

Hansı sahə daha çox tələb olunur? TOP – 5 ixtisas

Bazarın tədqiqatı göstərmişdir ki, ən çox tələb olunan vakansiya – işlərdən biri İT – mütəxəssisidir. Kiçik siniflərdən başlayararaq uşaqlara kompüterin tədrisi məktəbi bitirən zaman bu ixtisasın yüksək səviyyədə mənimsənilməsini təmin edəcək. İşə düzəlməsinə zəmanət verilirmi? Qrafikə baxın və özünüz buna əmin olun:

Ən perspektivli ixtisaslar, %

  • Arxitektor
  • Mühəndis
  • Hüquqşünas, vəkil
  • Sahibkar
  • Proqramist, İT – mütəxəssisi

Ən perspektivli ixtisaslar, %

İT – ixtisası sahibkarlıq fəaliyyətini 31% üstələyərək, liderlik edir!  Artıq məktəbi bitirən zaman uğurun əldə olunması üçün, məktəblilərin erkən yaşlarından kompüter təhsili almalarına dəyərmi? Cavab aydındır.

İT ixtisasının üstünlükləri və perspektivləri

İT bazarı çox surətlə inkişaf edir, son illərdə o 50% artmışdır. Bu sahədə vakansiya çatışmazlığı uzun müddət gözlənilmir.

İT üzrə ixtisaslar sözsüz üstünlük gətirir. Ən vacib üstünlükləri isə bunlardır:

Konkret iş yerinə bağlı olmaq vacib deyildir. Mütəxəssis sərbəst iş qrafiki ilə işləyə bilər, əgər onun biliklərinə və təcrübəsinə ehtiyac olarsa, dünyanın istənilən guşəsindən işləyə bilər.

Biznesdə açıq qapılar. İT – mütəxəssisi yalnız onları işə götürən təşkilatların inkişafına yardım etmir, eyni zamanda öz layihələrinin yaradılması və inkişafı üçün kifayət qədər çox bilik və təcrübələrə malik olurlar.

Layiqli qonorarlar. 2015 – ci ildə Java tərtibatçılarının orta aylıq gəliri 2000 ABŞ dolları, veb – dizaynerlərin – 1200 ABŞ dolları, sistem administratorunun isə 800 ABŞ dolları idi.

İT – ixtisası konkret şəhərlərə və ya dövlətlərə bölünmür. Onun hüdudları yoxdur və yaxşı mütəxəssisləri çox zaman Avropaya və Amerikaya dəvət edirlər. Buna görə də, dövlətdə qeyri – stabil iqtisadi vəziyyət professional baxımdan inkişaf üçün həlledici rol oynamayacaq.

Yaddan çıxarmaq olmaz ki, kompüter təhsili – asan deyildir. O daim özünü inkişaf,  yaddaş və daha çox həcmdə məlumatların mənimsənilməsini tələb edir. Buna görə də, təhsil nə qədər tez başlayarsa, onun tempi bir o qədər asan artar.

Erkən kompüter təhsilinin başqa hansı üstünlükləri vardır?

Əgər siz hesab edirsinizsə ki, övladınız cihazlara həddən artıq bağlı olduğu üçün uşaqlığından məhrum olmuşdur, İT təhsili ona kompüteri yalnız oyuncaq kimi istifadə etməsinə deyil, habelə yaradıcı ideyaları həyata keçirmək imkanlarını dərk etməyə kömək edəcək. O dünyaya daha iri həcmdə baxacaq, digər bilik və məşğuliyyət sahələri ilə maraqlanacaq. Onun məktəbdə oxumaq arzusuna təkan verəcək və öz gələcəyinə daha məsuliyyətli yanaşmasına yardım edəcək.

Kompüter təhsili sayəsində uşaq çox spesifik və şöhrətli ixstisaslar (misal üçün robotların proqramlaşdırılması) barəsində təsəvvürlər əldə edəcək. Bu sahədə işləmək arzusu onu məqsədyönümlü və cəsarətli edəcək.

Kompüter texnologiyaları haqqında biliklərə yiyələnərək, sizin övladınız digər uşaqlara nisbətən biliklərin mənimsənilməsi üzrə proqressiv metodikalara daha tez qoşula biləcək. Bu onun, məktəbi müvəffəqiyyətlə bitirmək və tərəddüd etmədən ixtisas seçmək şansını artıracaq.

İT – təhsili – kommunikasiyadır. Uşaqlar oynayaraq və bir – biriləri ilə münasibətdə olaraq öyrənirlər. Birlikdə ideya qurmaq və bu ideyanı inkişaf etdirmək daha sadə və daha maraqlıdır. Bəlkə də artıq bu yaşda, sizin övladınız uğurlu startap başlayan məsləkdaş komandanın bir üzvünə çevriləcək.

STEP İT Akademiyasında təhsilin üstünlükləri

STEP İT Akademiyasında uşaqların kompüter kursları – bu avropa səviyyəli mütəxəssislərdən 10 illik tədris təcrübəsinə əsaslanmış tədrisə innovasiyalı yanaşmadır. Tədris aşağıdakı plan üzrə qurulur:

Uşaqlar öz yaşıdları ilə kiçik qruplarda məşğul olurlar – bu eyni zamanda həm oxumağa, həm də məşğul olmağa imkan verir;

Hər bir kəs üçün şəxsi məkan – xüsusi iş yeri və öz şəxsi kompüteri var;

Çox tərəfli təhsil – uşaqlar özləri professional studiyada şəkillər çəkirlər, onlara maraqlı olan oyunlar və saytlar yaradırlar, oyun formasında öyrənirlər və rəsmlər çəkirlər;

Valideynlər nəticələri aydın görürlər – müvəffəqiyyətlər barəsində hesabatlar alırlar;

Məktəblilər üçün kompüter kurslarını bitirərək uşaqlar Kiçik Kompüter Akademiyasını bitirdikləri barəsində diplom alırlar.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun