Bakı, Koroğlu Rəhimov, 70

MyStat-da hədiyyələr mağazası fəaliyyətə başladı!

Və bu baş verdi!

Müəllimlərin sizi qiymətləndirdiyi zaman davamiyyətə, təhsildə müvəffəqiyyətə, ev tapşırıqlarının və laborator işlərinin vaxtı-vaxtında yerinə yetirdildiyinə görə aldığınız kristall və sikkələr yadınızdadır? 

Akademiyada  bu cür mükafatlandırılma özünəməxsus uğur göstəricisidir. Biz demək istəyirik ki, Sizin uğurlarınızla fəxr edirik və eyni zamanda oxumaq həvəsinizi artırmaq istərdik. Təhsildə mükafalandırılma- önəmli motivasiya elementidir, və bu səbəbdən irəli gələrək Sizin üçün hədiyyələr marketi açdıq!

Marketi mystat.itstep.org şəxsi akkautunuzda tapa bilərsiniz

Market belə görsənir:

Burada Sizə qazanılan kristalların və koinlərin sayı, hədiyyələr və qiymətləri və stokda sayı göstərilir. Kursoru məhsulun üstünə apardıqda, həmin məhsul haqqında ətraflı məlumatı görəcəksiniz. Hədiyyəni almaq üçün “Almaq” düyməsini seçin  və məhsul avtomatik olaraq “Səbət” bölməsinə düşəcək,

Səbət” bölməsinə daxil olub hədiyyəni görəcəksiniz. Burada Siz Administratora şərh yaza bilərsiniz. “Sifariş etmək” düyməsini seçdikdən sonra hesabınızdan hədiyyənin məbləği çıxılacaq və sifariş qəbul olunacaq. Bununla işiniz bitir, Sizə ancaq 14 kabinetə hədiyyəni almaq üçün yaxınlaşmaq qalır!

Və unutmayın, yaxşı hədiyyə əldə etmək üçün yaxşı oxumaq lazımdır!

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun