Bakı, Koroğlu Rəhimov, 70

“MilliKart” və “STEP IT Academy” arasında əməkdaşlıq barədə Memorandum imzalanıb

İnformasiya Texnologiyaları və Bankçılıq sektorunda uğurla fəaliyyət göstərən MilliKart ilə STEP IT Academy arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

MilliKart və STEP IT Academy arasında imzalanan memorandum informasiya texnologiyaları sahəsində təhsilin inkişafı, sözügedən müxtəlif proqramların icrası, elm, təhsilə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımı üçün əhəmiyyətli şərait yaradır.

MilliKart 10 ildən artıqdır  ki, İnformasiya Texnologiyaları və Bankçılıq sektorunda uğurla fəaliyyət göstərir, əsas bank həllərini yaradır və beləliklə, ölkədəki nağdsız ödənişlərin inkişafına öz töhfəsini verir.

MilliKart banklara, bank olmayan kredit təşkilatlarına, investisiya və sığorta şirkətlərinə, provayderlər və aqreqatorlar kimi maliyyə bazarının iştirakçılarına, həmçinin prosessinq texnologiyalarına əsaslanan həllərə ehtiyacı olan bazarın bütün iştirakçılarına geniş çeşidli xidmət göstərən Azərbaycanın ən böyük prosessinq strukturlarından biridir.

Qarşılıqlı əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və təhsilin irəli aparılmasına şərait yaradacaq. Akademiyanın tələbələri MilliKart şirkətində təcrübə proqramları və iş ilə təmin olma imkanını qazanacaqlar.

STEP IT Academy 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun