Bakı, Koroğlu Rəhimov, 70

Mən aytişnik olmaq istəyirəm. Məni öyrətsinlər!

İT mütəxəssisi karyerasını buğun çoxları arzulayır. Ancaq bir mücərrəd fantaziyanı necə konkret və əlçatan bir məqsədə çevirmək olar? Üç sadə tərkib hissəsindən başlayın: informasiya texnologiyalarına olan dərin maraq,  öz istedanızın qiymətləndirilməsi, ixtisas seçimi.

Neçə yaşından hazırlığa başlamaq olar?

Çox vaxt biz gələcək peşəmizi yuxarı siniflərdə müəyyənləşdiririk. Ancaq uşağın əsas meylini anlamaq, onun sevdiyi əşyaları və məşğuliyyətləri seçməyi valideynlər daha öncədən orta hətta kiçik siniflərdən də edə bilərlər. 

Uşaq konstruktorları çox sevir və günlərlə qeyri-adi varlıqlar və kosmik aparatlar yaradır? Riyaziyyatı çox sevir və bütün riyazi məsələləri çox asanlıqla yerinə yetirir? Kiçik yaşlarından kompüteri bilir və öz sualları ilə hətta google –u da çaşdırır?  Gənc, inadkar və məqsədyönlü tədqiqatçının İT-də peşəkar olmaq şansı yüksəkdir. Sadəcə olaraq uşağın maraqlarını dəstəkləmək, zehni inkişaf etdirən məşğələlərə – dərnək, kurs və ya müəllim yanına yönəltmək lazımdır. Məhz bu professional hazırlığa ilk mərhələ olacaqdır.  

Nəyi inkişaf etdirmək lazımdır: məktəb fənləri və xarakter xüsusiyyətləri 

Gələcək proqramçı üçün əsas məktəb fənləri riyaziyyat, fizika və ingilis dilidir. Riyaziyyat və fizika mərkəzləşdirilmiş sınaqda lazım olacaqdır . İngilis dili olmadan isə bu peşəyə daxil olmaq çox çətindir. Tədris və texniki ədəbiyyatın əksəriyyət hissəsi, sənədləşmə və proqramların özü demək olar ki, hər zaman ingilis dilində yazılır.  Bu Bu, Qlobal İT icmasının iş dilidir. Ona görə də inqiliş – mütləq mast həv!

Elm ilə yanaşı gələcək proqramçı digər faydalı bacarıqları də inkişaf etdirməlidir.  IT sahəsinin mütəxəssislərinin hesab etdiyi kimi mühüm bacarıq – daim inkişaf etməyə və yeniləri öyrənməyə hazır olmaqdır.   Texnologiyalar çox tez dəyişir, ona görə də, öyrənmə vərdişi olmadan proqramçı  kənarda qalma riski altındadır və əmək bazarında itə bilər. Həmçinin peşəkarların fikrincə, aşağıdakı keyfiyyətlər yaxşı mütəxəssis olmağa kömək edə bilər:

Analitik düşüncə tərzi, işə addım-addım yanaşma, problemləri həll etmək və nəticələr əldə etmək bacarığı, səbirli olmaq, detallara diqqət, əla konsentrasiyası, Komandada işləmək bacarığı, təşəbbüskarlıq.

Bu keyfiyyətlərə sahib olmaq arzuolunandır ancaq mütləq deyil: bütün bunlar müxtəlif şirkətlərdəki iş mövqeyindən və işdən asılıdır. Perl-in qurucusu Larry Wall hesab edir ki, proqramçının əsas məziyyətləri   tənbəllik, səbirsizlik və qürurdur. Çünki  tənbəl məsələnin ən effektiv həll yolunu tapa bilər.

Hansı İT ixtisas seçək?

İnformasiya texnologiyasındakı əsas istiqamətlər – proqramlaşdırma, dizayn və dəstəkdir. Onların hər birində ixtisasların siyahısı var – istəklərinizə uyğun olanı seçin.

Proqramlaşdırmada fəxri liderlik proramçılardadır. Onlar proqram, sayt, oyunlar, mobil tətbiqatlar yaradır. Proqramlaşdırma dilindən asılı olaraq bu ixtisasa daha da daralır. (Java, PHP proqramçısı və s).  Bir də test edənlər var ki, onlar məhsulların işini yoxlayır, onların yanlışlarını və səhvlərini təhlil edirlər. 

Dizaynda veb dizayner mövcuddur ki, İT məhsullar üçün gözəl və rahat üz qabığı yaradır, orijinal elementlər axtarıb tapır və onları   harmonik bir kompozisiyada toplayır. Bu cür mütəxəssisin vəzifəsi təkcə parlaq veb-layihə yaratmaq deyil, həmçinin onu istifadəçi üçün cazibədar və rahat etməkdir.  

Dizaynın aktual istiqamətləri sırasında 3D modelləşdirmə və vizuallaşdırma, moşn dizayn var. Bu ixtisaslar kompüter qrafikası, fantastik animasiya və inanılmaz xüsusi efektlərin maraqlı dünyasına yol açır.

Step IT Academy-də bu gün ən aktual və tələb olunan fənlər tədris olunur.  Akademiyanın xüsusi proqramı uşaqların sadəcə faydalı deyil həm də əyləncəli zaman keçirməsinə imkan verir!

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun