Bakı, Koroğlu Rəhimov, 70

Kiçik Kompüter Akademiyası körpələr üçün kompüter təhsilinə start verir!

STEP Kiçik Kompüter Akademiyası nəinki Azərbaycan, hətta dünya təhsil sistemində yeniliyə imza atır. Bu gündən etibarən körpələr üçün kompüter təhsili qruplara çağırış elan olunur.

Dərslər yalnız 0-1 yaş arası körpələr üçün nəzərdə tutulub. Onlar STEP Kompüter Akademiyasının baş ofisində tərtib olunmuş innovativ “Babies Programming”, və “Babies Programming S Plus” tədris proqramları üzrə Yüksək Texnologiyalarla tanışlıqlarına başlayacaqlar və kursun sonunda ilk proqramlarını yaza, kiçik kompüter şəbəkələrini qura və öz saytlarını yarada və dizayn edə biləcəklər.

Qeydiyyat üçün Akademiyaya yaxınlaşa və ya əlaqə nömrələrimizə zəng vura bilərsiniz.

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun