Bakı, Koroğlu Rəhimov, 70

IT mütəxəssisə diplom lazımdırmı?

Diplomla bağlı suallar ilə cox tez – tez rastlaşıram.

Diplom verilirmi? Sizin diplomunuz haralarda keçərlidir? O dövlət diplomudurmu? “Bəs diplom sizin nəyinizə gərəkdir?” sualına isə yalnız bir cavab eşidirik “Necə yəni, nəyinizə gərəkdir? İş üçün!”

Harada işləmək üçün? İT sahəsindəmi? Nə vaxtdan bəridir siz işəgötürənlərin tələbləri ilə maraqlanırsınız?

Budur bir neçə nümunə ilə tanış olun:

 

Namizədə tələblər

  • Kompüter bilikləri (heç olmazsa bakalavr dərəcəsi)
  • İnzibati bacarıqlar
  • Linux OS (Shell Scripting) üzrə işləmə qabiliyyəti
  • Proqramlaşdırma bacarıqları: PHP, HTML
  • Yaxşı məlumat bazası və SQL bilikləri. Xüsusilə də PL/SQL
  • TCP/IP əsasları barəsində anlayışlar;
  • Ciddi analiz və problemlərin həlli bacarıqları;
  • OO dizayn və prinsipləri üzrə bacarıqlar;
  • Tələb olunan dil qabiliyyəti: İngilis dili (orta), Rus dili (yaxşı).

 

Namizədə tələblər

  • PHP + JS və tərtibatı üzrə yüksək biliklər
  • Cordova (Phonegap) üzrə iş təcrübəsi
  • Digərləri tərəfindən yazılmış kodu oxuma bacarığı
  • Rus dili bilikləri
  • Məqsədyönümlülük
  • CMS Bitrix və Laravel strukturu ilə biliklərə üstünlük verilir

Biliklər, təcrübələr və görülən işlər barəsində konkret göstəricilərdən ibarət CV göndərin.

 

Namizədə tələblər:

  • GoodleWebDesigner, CS Photoshop, CS Animate proqramları üzrə biliklər
  • Daimi və bütün günlük iş
  • İşə bədii yanaşma
  • Öz öhdəliklərinə diqqətlə yanaşma
  • Gərginliyə davamlılıq
  • Veb sənayesində 3 ilədək təcrübə

 

Göründüyü kimi, heç bir yerdə diplomun olması tələb olunmur. Yalnız sizin bilik və bacarıqlarınız tələb olunur. Əslində, Azərbaycanda siyasət artıq dəyişir, get – gedə işəgötürənlər diplomun olub – olmamasına ümumiyyətlə fikir vermirlər. IT sahəsində isə daha çox nəzəri bilikləri deyil, bu biliklərin təcrübədə tətbiqini tələb edirlər.

Biz, həqiqətən də tələbələr işə düzələn zaman onlara lazım olacaq ən aktual praktiki bilikləri əldə etmələrinə xüsusi önəm veririk. Quru nəzəriyyə üzrə deyil, IT sənayesində işin real vəziyyətinə hazırlıq. 

Buna təsdiq kimi, sizi Yandex portalının aparıcı proqrammistlərinin və digər şirkətlərinin təsisçilərinin fikirləri ilə tanış edə bilərik

 

 

“Əgər biz ciddi proqramlaşdırmadan danışırıqsa, insan riyaziyyatı bilməlidir. Diploma baxan azdır. CV – ni bəzəmək üçün ondan istifadə etmək olar. Lakin məvacib və karyera üçün – yox, biliklərə üstünlük veriləcək”.

<< Yandex portalında tədqiqatçı (Koltsov) >>

 

“Əgər mən indi aşbaz diplomu ilə işləsəydim, bu mənim işimə necə təsir edərdi? Heç cürə. Sənin biliklərini necə əldə etməyin, xüsusilə də İT sahəsində heç kimə maraqlı deyil. İnsanları sənin real bilik və bacarıqların maraqlandırır.

<< Yandex portalında tədqiqatçı (Suxov) >>

 

“Hamının adından danışmaq çətindir, belə ki, mən bir böyük şirkətdə işləmişəm. Lakin məndə belə bir təəssürat yaranıb ki, İT sahəsində diplom demək olar ki, işə qəbul zamanı verilən qərara heç bir təsir göstərmir. Ola bilsin ki, dövlət sektorunda təsiri olsun, lakin özəl sektorda – dəqiq təsiri yoxdur. “

<<Vsevold Şmırov, API Yandex.Kart portalında tədqiqatçı>>

 

“Bizdə Ali təhsil müəssisələrinin diplomu olmayan çox gözəl proqrammistlər işləyir. Elələri vardır ki, hətta ATM – də oxumağa da başlamamışlar. Bu geyim kimi bir şeydir, o insanın yaxşı və ya pis olmasına heç bir təsir göstərə bilməz. Əsas olan – insanın öz işini nə qədər sevməsidir. Bacarıqlar tam konsentrasiya ilə sərf olunan saatlarla qazanılır. Ürəkli olun!”

<<Dmitriy Zaretskiy, İQ Option treydinq şirkətinin təsisçisi >>

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun