Bakı, Koroğlu Rəhimov, 70

IT mütəxəsis üçün karyera inkişafının 10 üsülu

Necə müvəffəqiyyət qazanmalı

İnnovasiyalar, karyera imkanları və onlarla birlikdə, bir çox qəribə irəliləyişlər yaratmağa davam edir. Bugünün və gələcəyin texnologiyalarını həyata keçirmək üçün, hər zaman yüksək ixtisaslı peşəkarlara və mühəndislərə ehtiyac olacaq.

Sənaye texnologiyaları sahəsində aparıcı assosiasiya olan CompTİA, İT mütəxəssislərinə texnologiyalar dünyasında uğur qazanmaq üçün zəruri olan 10 vərdişin siyahısını tərtib etmişdir.

  1. Fərqli platormalara inteqrasiya etməyə hazir olun

Gələcəyin texnologiyaları çox fərqlidir. Siz yalnız bir müştərinin istəkləri üzərində işləməyəcəksiniz. Siz fərqli müştərilərin istəkləri üzərində işləyəcəksiniz, hətta indikindən daha çox.  Qarşılaşdığınız sistemlərin mürəkkəbliyi böyük olacaq. İşəgötürənlərə fərqli interfeys, əməliyyat sitemləri və platformalarla işləyə biləcəq insanlar lazım olacaq.

  1. Buludun necə işlədiyin müəyyənləşdirin

Bulud – sadəcə texnologiya deyil, bu bir biznes-platformasıdır. Siz buludun necə işlədiyini, harada daha yaxşı işlədiyini müəyyənləşdirməlisiniz, harada hibrid şəbəkə, xüsusi bulud və ya ictimai bulud olmasını təyin etməlisiniz. Siz buludu dərindən anlamalısınız, onun necə işlədiyini; xüsusilə, onun təhlükəsizlik aspektlərini. Doğurdanda məlumatlar buludda təhlükəsizlikdədirlər mi? Təşkilat öz strategiyasını bulud dünyasında necə qiymətləndirməlidir?

  1. Müxtəlif proqram platformalarını öyrənin

Proqram plaformaları sistemlərdən ayrılmaz olurlar. Müxtəlif proqramlaşdırma dillərinin necə işlədiyini öyrəməyin tam vaxtıdır, xüsusilə onların şəbəkələrin və əlavələrin təhlükəsizliyinə necə təsir etdiyini. Sizin üçün, bu sistemləri idarə edən və  tövsiyyələr verən bir İT mütəxəsis kimi, bu sistemlərin necə qurulduğunu bilmək çox vacibdir.

  1. Fərqli yaş kateqoriyasına məxsus insanlarla işləməyi öyrənin

Bu gün sənayedə  4 nəsil işçi var. Bir çox şey var ki, biz bir birimizdən öyrənə bilərik. Siz biliklərin ötürülməsini tətbiq etməlisiniz. Böyüklərdən öyrənmək bacarığı, böyüklərə öyrətmək bacarığıda – uğurlu İT mütəxəsisisin formalaşmasında çox mühüm mərhələdir.

 

  1. Öz məhsuldarlığında şəxsi keyfiyyətlərin dəyərini anla

Vaxt keçdikcə işəgötürənlər fərqli şəxsi keyfiyyətləri inkişaf etmiş insanlar axtarırlar. Sənaye mütəxəsisi olaraq yalnız texniki vərdişlərizə görə deyil, şəxsi keyfiyyətlərinizə görə də sizi dəyərləndirə bilərlər. Bugün ki, İT  peşəkərları müxtəlif şirkətlərdə fərqli sahələrin mütəxəsisləri ilə işləyirlər.Onlar maliyyənin, logistikanın, müştəri dəstəyinin və marketinqin tələblərini anlamalıdırlar. Siz doğurdanda biznesi anlamalısınız, onun nəyi həll etməyə çalışdığını və hansı hallarda texnologiyanı tətbiq etmək lazım olduğunu.

  1. İnformasiya təhlükəsizliyinin inkişafına kömək edin

Bir çox şirkətlər hələdə informasiya təhlükəsizliyinin gücləndirməsinin lazım olduğuna şübhə ilə yanaşırlar. Sizin vəzifəniz – bunu etməyə onları inandırmaqdır. 

  1. Nəzarəti biraz azaltın

İT-də demokratikləşmə şirkətlərin əksəriyyətini öz hakimiyyəti altına alıb.  Artıq o vaxt deyil ki, cismlərin necə  işləməli olduğunu İT sadəcə diktə etsin. İnsanlar şirkətin daha məhsuldar və səmərəli olmasına icazə verəcək alətlər istifadə etmək istəyirlər. Fikirləşməyin ki, siz İT-də hər aspekti idarə etməlisiniz. Siz şirkətə daha böyük uğurlar qazandırmaq üçün yeniliklərə açıq və həmişə yeni alətlər axtarışında olmalısınız.

  1. Məlumatlar axtarın və analiz edin

Şirkətdə hansı tip informasiya saxlanıldığını, analiz və  istifadə olunduğunu başa düşməlisiniz. Təşkilatın, məlumatları idarə etmək üçün,  hansı alətləri istifadə etdiyini müəyyənləşdirən birincilərdən olun.

  1. Daim öyrənin

Edə biləcyiniz ən vacib şeydir. Hal hazırda bazarda olan və üfüqdə yenicə peyda olan texnologiyalara nəzər salın: robotlaşdırma, avtomatlaşdırma, virtual reallıq, süni intellekt… Bu gələcəkdə sizin karyeranıza təsir göstərəcək şeylərdi.

10. Yeni nəsil İT mütəxəsisləri həvəsləndirin

Hal hazırda İT sahəsində ixisaslı kadr azlığı müşahidə olunur. Bazarda vakansiyaların sayı ən azı 15% bu sahə üzrə iş axtaranların sayından çoxdur. Göründüyü kimi, böyük təlabat var. İT ilə maraqlanan gənclərə texnologiya sahəsini seçmə səbəbiniz  haqqında danışın. Təkcə necə işlədiyiniz və nə etdiyiniz haqqında yox. Niyə burda işlədiyiniz haqqında danışın.

İnformasiya texnologiyaları sahəsində işləmək istəyisiniz? Onda “Şəbəkələr və kibertəhlükəsizlik” ixtisası məhz sizə lazım olandır! Step İT Academy-də kompyuter ixtisaslarını öyrənmək üçün hər cür şərait yaradılmışdır: praktiki məşğələlər, xüsusi laboratoriyalar,aktual təlim proqramı, müəllim təcrübəsi, həmçinin ekskursiyalar, ekspertlərlə görüş, master-klasslar və bir çox başqa şeylər tələbələri Akademiyada gözləyir.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun