Bakı, Koroğlu Rəhimov, 70

İştirakçıların STEP IT Academy-də keçirilən infotur haqda fikirləri

Martın 13 – də Bakı şəhəri Nəsimi rayonun 45 saylı məktəbinin azərbaycan və ivrit dillərində tədris alan şagirdləri IT STEP akademiyasında olublar.

Görüş Təhsil Nazirliyinin, “Yaşlıların Təhsili Assosiasiyası” İctimai Birliyi və “Yaşıl qələm” təhsil şəbəkəsinin birgə həyata keçirdiyi “IT STEP akademiya təhsil müəssisəsinə infoturlar və ixtisas seçimi ilə bağlı informasiya sessiyaları” layihəsi çərçivəsində həyata keçirilib.

Məktəblilərin fikirlərinə görə infotur maraqlı keçdi.

46 saylı məktəbin şagirdi Rəsul Akimzadə

“Step İT Akademiyasına İnfoturu bəyəndim, proqramlaşdırmaya və proqramların hazırlığı, robototexnika və bu sahədə yeni imkanlarla bağlı təqdimatlar yadda qaldı. İstərdim, gələcəkdə proqramlaşdırma ilə məşgul olum və elə texnika yaradım ki o insanlara kömək etsin və planetimizdə həyatı yaxşılaşdırsın. “.

“Gələcəkdə özümü arxitektor ya dizayner görürəm. Bu mənada mənə rəsmlər və texniki qrafiklər haqqında öyrənmək maraqlı idi.

“Seçəcəyim ixtisasımla bağlı mənim arzularımın həyata keçməsində iştirak etdiyim infotur mənə yeni impuls verdi” – bu 46 saylı məktəbin 8 “b” sinifinin şagirdi Aynur Həsənovanın fikridir.

Həmin sinfin şagirdi Kamilla Qrinberqdə öz həmyaşıdları kimi infoturdan razıdır:

“Robototexnika üzrə təqdimat və Mark Zukerberq kimi uğurlu proqramçılar və sahibkarlar haqqında məlumatlar xoşuma gəldi. İnfotur mənim gələcək peşəmin seçilməsində kömək edəcək”

İnfotur iştirakçıları ilə 46 saylı məktəb direktoru Sevinc Budaqova həmrəydi. “Bizim ölkəmizdə belə müasir peşə təhsil müəssisədinə olmaq mənim çoxdanki arzum idi. Əminəm ki, burada əldə olunmuş texnologiyalar haqqında məlumatlar və məsləhətlər ixtisasla bağlı düzgün seçim etməkdə və gələcəkdə peşə inkişaflarında məktəblilərə köməklik edəcək.

 

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun