Bakı, Koroğlu Rəhimov, 70

Internetdə Təhlükəsizlik Günü 2019

Beynəlxalq İnternetdə Təhlükəsizlik günü hər il Fevral ayının ikinci çərşənbə axşamı qeyd olunur. Bu günü xüsusi ilə qeyd etmək 2004-cü ildə Avropa Komissiyası tərəfindən təklif olunmuşdur. Bu il Internetdə Təhlükəsizlik Günün STEP IT Academy-də qeyd etmək üçün hamınızı Fevral ayının 8-i saat 19:00-da Akademiyamıza dəvət edirik. Tədbir günü bizimlə internet və internet təhlükəsizliyində ixtisaslaşan bir neçə yerli və beynəlxalq şirkətlərin nümayəndələri bizimlə olacaq. 

Tədbirimizin ilk hissəsində İnternetin yaranma tarixi və Azərbaycana necə gəldiyi haqda danışacayıq. Mövzu haqda maraqlı mühazirə ilə ölkəmizi qlobal internet şəbəkəsinə bağlayan magistral internet provayderi olan AzerTelecom şirkətinin kommersiya direktoru Samir Nuriyev çıxış edəcək. 

 

İnternetin distribusiyası, simli və simsiz internet növləri, şəbəkələr sistem inzibatçılığı ikinci mövzumuzdur. Mövzunun incəliklərini dünya bazarında tanınmış və Akademiyamızın tədris partnyoru olan Cisco şirkətinin nümayəndəsi açacaq. Dünyadakı internet infrastrukturunda və korprotiv şəbəkələrdə istifadə olunan aktiv cihazların (router, switch, firewall, IP telefon, IDS& IPS və s.) 80%-dən çoxu Cisco firması tərəfindən hazırlanmışdır.

 

Sosial mühəndislik və phishing hücumlarına qarşı təhlükəsizlik mövzusunda spikerimiz, öz fəaliyyət sahəsində gətirdiyi yenilikləri ilə daim öndə olan, partnyorumuz Bank of Baku-nun IT təhlükəsizlik üzrə eksperti İlkin Zeynalovdur.  

 

 

Tədbirimizin daha bir spikeri STEP IT Academy-nin Şəbəkələr və Kibertəhlükəsizlik kafedrasının təlimçisi, Cisco Akademiyasının CCNA, CCNP, CCNA Security sertifikatlarının sahibi, Palo Alto Networks şirkətinin Azərbaycanda nümyaəndəsi olan Şaiq Səmədovdur. Şaiq müəllim internetdə rastlaşdığımız  gündəlik təhlükəsizlik üsullarından bəhs edəcək və öz təcrübəsini sizlərlə bölüşəcək. 

STEP IT Academy-də İnternet Təhlükəsizliyi günü 8 Fevral saat 19:00-da başlayacaq. Tədbir ödənişsizdir və azərbaycan dilində keçiriləcək. İştirak üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir. 

QEYDİYYAT

Ad, Soyad*
Telefon*
E-mail*

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun